Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Məktəblilər arasında narkotik vasitələrdən istifadə edənlər var”

Səhiyyə nazirinin müavini bununla mabarizədə valideyinləri aktiv olmağa çağırıb

Simsar.az-ın məlumatına görə, bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə bildirib. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün məktəblərdə təbliğat işləri aparılmalı və bu işə valideynlər, cəmiyyət cəlb olunmalıdır. E. Ağayev deyib ki, Səhiyyə və Təhsil nazirliklərinin birgə apardığı “Narkotiklərə yox deyək!” kampaniyası bu sahədə uğurlu addım olacaq. 

Nazir müavini deyib ki, Azərbaycan 1961-ci ildə BMT-nin Narkotik Vasitələrin istifadəsi üzrə Konvensiyaya, 1971-ci ildə Psixontrop maddələrin istifadəsi üzrə Konvensiyaya qoşulub: “Ona görə də biz mütəmadi olaraq, bu maddələrin qanuni istifadəsi ilə bağlı məlumatları təqdim edirik. Səhiyyə Nazirliyi narkotik, psixotrop maddələrin, onların prekursorlarının qanuni dövriyyəsinə nəzarət edən əsas qurumdur. Bu gün səhiyyəmizi narkotik, psixotrop maddələrsiz də təsəvvür edə bilmərik. Narkotik və psixotrop vasitələrin qeyri-qanuni istifadəsi artıq dünyada ən çox gəlir gətirən sahələrdən birinə çevrilib. Ona görə də hamı - valideynlər, şagirdlər də bu məsələdə aktiv olmalıdır”.
E.Ağayev apteklərdə reseptsiz satılan narkotik təsir göstərən dərmanların olmadığını da bildirib.






11 Aprel, 2012  18:11 Baxılıb: 943 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner