Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TQDK SƏDRİNDƏN MİSİR MƏRDANOVUN BOSTANINA DAHA BİR DAŞ

"0" balla ali məktəbdə oxuyanların mütəxəssis kimi formalaşması mümkündürsə, buna çox şadıq"


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında yenə də, Təhsil Nazirliyinin bostanına daş atıb.
"Qara baza"ya düşən 22 mindən çox diplomun Təhsil Nazirliyi tərəfindən hüquqi sənəd kimi tanınması məsələsinə münasibət bildirən M.Abbaszadə əlavə edib ki, komissiya "Tələbə-məzun Dövlət Elektron Bazası"nın təqdimatında bu komissiyasının xətti ilə ali məktəbə qəbul olunmayan tələbələrin sayını açıqlayıb.

"Amma biz bilirik ki, bu uşaqlar bizim imtahanlarda iştirak ediblər. Həmin şəxslərin bizim imtahanlarda nə qədər bal topladıqlarını da bilirik. Təbii ki, bu uşaqlar çox aşağı bal toplayanlardır", - Abbaszadə bildirib.

O əlavə edib ki, bu abituriyentlərin Rusiya, Ukrayna və ya hər hansı ölkənin hansısa özəl ali məktəbinə hansı yolla qəbul olunmasının TQDK-nın fəaliyyətinə heç bir dəxli yoxdur. Bu məlumatların ictimaiyyət və ölkə rəhbərliyinə də çatdırılmasını istəyən Abbaszadə deyib ki, çox tez-tez KİV-də də auditoriyada biliyi olmayan uşaqla biliyi olanın necə yanaşı oturması məsələsinə toxunulur.

"Bax, mən bunun kökünü sizə göstərirəm. Biz bu uşaqları ali məktəbə qəbul etməmişik. Təbii ki, o uşaqlara hansısa dövlət universiteti tərəfindən diplom verilibsə, biz onu hüquqi sənəd kimi qəbul edirik. Diplom hüquqi sənəddir, diplom ksereksdən çıxarılmayıb, saxtalaşdırılmayıb. Amma məsələ ayrı cürdür. Bu adam mütəxəssisdir, yoxsa yox. Çünki diplom onu deyir ki, bu adam həkim, müəllimdirsə onu işə buraxmaq olar", - TQDK sədri qeyd edib.

Onun sözlərinə görə, diplom insanın müvafiq sahə üzrə bilik və bacarığının olduğunu göstərir. Bu diploma isə onu verən ali məktəb və müvafiq nazirlik cavabdehdir.

"Biz hesab edirik ki, həmin uşaqlar TQDK-nın qəbul imtahanlarında nümayiş etdirdiyi ballarla 4 il ərzində mütəxəssis kimi formalaşa bilməzlər. Saxta diplom, yoxsa saxta mütəxəssis? Mənim üçün fərqi yoxdur. Təhsil Nazirliyi bildirir ki, bu diplomlar saxta deyil. Çox gözəl. İkinci bir məsələ çıxır ki, həmin şəxslər mütəxəssisdirmi? 4 il ərzində onlar müvafiq ali məktəblərdə mütəxəssis kimi formalaşıblarsa, biz buna sevinirik. Bizim təhsil sahəsində belə "0" balla qəbul olunan uşaqların mütəxəssis kimi formalaşması mümkündürsə, biz buna çox şadıq", - Abbaszadə deyib






10 Aprel, 2012  16:44 Baxılıb: 1038 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner