Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ali məktəblərə sənəd qəbulu başladı

Mayın 16-na qədər davam edəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə sənəd qəbuluna start vedib.
Simsar.az-ın məlumatına görə, ali təhsil müəssisələrinə sənəd qəbulu 10 aprel – 16 may aralığında aparılacaq. Aprelin 16-dan mayın 18-dək isə ərizələrin təsdiqlənməsi həyata keçiriləcək. 
Bu il ali məktəblərə qəbul imtahanları aşağıdakı tarixlərdə keçiriləcək:

III ixtisas qrupu üzrə - 1 iyul
I ixtisas qrupu üzrə - 8 iyul
IV ixtisas qrupu üzrə - 14 iyul
II ixtisas qrupu üzrə - 20 iyul.

Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan mayın 13-də, ikinci imtahan isə iyunun 24-də keçiriləcək.

Qeyd edək ki, ali məktəblərə qəbul qaydaları “Abituriyent” jurnalının 1-ci sayında dərc edilib.

Ali və orta ixtisas məktəblərinə hazırlaşan gənclər üçün əsas məlumat mənbəyi olan "Abituriyent” jurnalında qəbul qaydaları haqda ətraflı məlumatlar verilməklə yanaşı, müxtəlif fənlərdən test nümunələrinin izahatı, imtahanlara hazırlaşmaq üçün lazım olan vəsaitlərin siyahısı dərc olunub.

Bu il də ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq. Abituriyentlər TQDK tərəfindən təyin olunan vaxtda internet vasitəsilə TQDK-nın rəsmi saytında “Abituriyentin elektron ərizəsi”ni dolduraraq, müvafiq sənədləri Komissiya tərəfindən yaradılan Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər.

Qəbul imtahanları keçirildikdən sonra müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər “Elektron ərizə”lərində qəbul olunmaq istədikləri ixtisas kodunu qeyd edəcəklər.

Bu il test blokuna iki fənn üzrə açıq tipli test tapşırıqları daxil ediləcək. Belə ki, bütün qruplarda iki imtahan fənninin hər biri üzrə təqdim edilən 25 test tapşırığından 5-i açıq tipli olacaq. I ixtisas qrupunda riyaziyyat və fizika, II ixtisas qrupunda riyaziyyat və coğrafiya, III ixtisas qrupunda riyaziyyat və tarix, IV ixtisas qrupunda isə riyaziyyat və kimya fənlərində açıq tipli test tapşırıqlarından istifadə ediləcək.

Bu il ali təhsil müəssisələrinin III ixtisas qrupunda olan ixtisaslar DT və XH alt qruplarına bölünməyəcək və bu qrupda imtahan balları vahid qaydada hesablanacaq. Həmin qrup üzrə Ana dili və tarix fənləri əsas fənlər hesab olunacaq və fənlərin çəki əmsalları Ana dilində 2, tarixdə 2, riyaziyyat, ədəbiyyat və xarici dil fənlərinin hər birində 1 bal nəzərə alınacaq.






10 Aprel, 2012  13:15 Baxılıb: 973 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner