Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Öskürək əleyhinə siroplar qadağan edilməlidirmi? - AÇIQLAMA

Səhiyyə Nazirliyinin bununla bağlı qərarı olmadığından, Azərbaycanda bu cür pereparatlardan geniş istifadə olunur

Bir sıra xarici ölkələrdə uşaqlara öskürək əleyhinə siropların verilməsi qadağan edilib. Belçika hökuməti bu cür dərmanların 6 yaşına qədər uşaqlara heç bir xeyri olmadığı haqda qərar verib. Qərara görə, öskürək başqa xəstəliklərin simponu olduğuna görə, bu cür siroplar verilən zaman həmin xəstəliyin pərdələnməsinə şərait yaranır. 
Türkiyəli həkimlər də bildiriblər ki, siorpların yalnız bocazdakı kəskin qıcıqlanmalar zamanı istifadə olunması məsləhətdir.

Bəs, Azərbaycanda vəziyyət necədir? Həkim-pediator Bəyimxanım Rüstəmovanın Simsar.az-a açıqlamasına görə, Səhiyyə Nazirliyi tərəfindən belə bir qərar verilməyib. Onun sözlərinə görə, hər hansı bir pereparatın mənfi təsirləri üzə çıxan zaman Nazirliyin bununla bağlı qərarı bütün tibb müəssisələrinə yayılır və səhiyyə işçiləri bundan imtina edirlər. Körpələrin həb halında dərmanları qəbul etməkdə çətinlik çəkdiklərini deyən, həkimin sözlərinə görə, uşaqların müalicəsində siroplardan geniş istifadə olunur: «Öskürəkdən başqa, biz allergiya, qurd əleyhinə bunlardan istifadə edirik. İndi uşaqlar üçün antibiotiklərin əksəriyyəti sirop halındadır».
Öskürək əleyhinə siropların hər hansı ziyanının üzə çıxmadığını deyən B.Rüstəmovanın sözlərinə görə, bununla bağlı təlaşa düşməyə heç ehtiyac yoxdur: «Bu cür siropların tərkibində sarkoza olduğuna görə, qıcıqlanma yaradır, bu baxımdan siroplar ziyanlı hesab oluna bilər. Onların əksəriyyəti analar düzgün istifadə etmirlər. Bəziləri çox şirin olduğuna görə, onlar su ilə qarışdırılıb, içilməlidir».
Məsələyə Səhiyyə Nazirliyi ilə də aydınlıq gətirmək istəsək də, əlaqə yaratmaq cəhdlərimiz baş tutmadı.

Xatirə






9 Aprel, 2012  18:17 Baxılıb: 5033 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner