Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

OLİMPİADAÇILARLA İKİ GÜN – FOTOSESSİYA

Hər biri öz sevincini digərləri ilə paylaşmağa çalışırdı

Olimpiadaya dünyanın 43 ölkəsindən 400-dən çox layihə təqdim olunub 

Ötən gün Heydər Əliyev adına İdman-Konsert Komleksində “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyətinin 20-ci ildönümünə həsr edilmiş Məktəblilərin VI Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə-Olimpiadasına start verildi.

İki gün davam edəcək tədbirin açılışı aprelin 6-sı saat 14.00-da gerçəkləşib. Dünənki tədbirdə olimpiadaya təqdim olunan layihələrin sərgisi keçirilib, həmçinin olimpiadada təmsil olunan ölkələrin tanıtımı keçirilib.

Simsar.az-ın sərgidə olan əməkdaşının verdiyi məlumata görə, İdman-Konsert Komleksində bayram əhval-ruhiyyəsi yaşanıb. Yüksək səviyyədə təşkil olunan və məktəblilərin böyük sevinclə iştirak etdiyi sərgidə bir-birindən gözəl, maraqlı layihələr təqdim olunub. Azərbaycanın təhsil tarixində mühüm hadisə kimi yadda qalacaq tədbirin təşkilatçıları sırasında Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Neft Şirkəti, “İNEPO-Avrasiya” Ekologiya İctimai Birliyi də var.

Qeyd edək ki, olimpiada 2007-ci ildən keçirilir. Olimpiadaya dünyanın 43 ölkəsindən 400-dən çox layihə təqdim olunub.
Bu göstərici əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Əvvəllər keçirilən olimpiada yarışlarında Azərbaycan məktəbliləri 21 qızıl, 22 gümüş, 25 bürünc medal qazanıblar.

Bu günkü sərgidə Albaniya, ABŞ, İndoneziya, İran, Qazaxıstan, Gürcüstan, Litva, Makedoniya, Malaziya, Meksika, Nigeriya, Pakistan, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Türkmənistan, Ukrayna, Vyetnam, Yəmən, Zambiya, Niderland, Rusiyadan, ümumilikdə, dünyanın 42 ölkəsindən 250-ə qədər şagirdin iştirak etdiyi deyilir.

Bu ilki olimpiadanın keçirilməsində məqsəd Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaqdan, məktəblilərdə ətraf mühitə qarşı həssas münasibəti formalaşdırmaqdan, ekoloji məsələlər üzrə maarifləndirməni genişləndirməkdən ibarətdir.
Bu gün ilk öncə Heydər Əliyev adına İdman-Konsert Komleksində sərgi təşkil olundu.
Sərgi ilə ilk tanışlığım da elə sərginin özü qədər qeyri-adi və maraqlı oldu. Redaksiyaya dibçək, topraq və reyhan toxumlarından ibarət dəvətnamə göndərilmişdi.

Sərgi haqqında təəssüratlarım

Qapıdan daxil olan kimi ilk olaraq xalq mahnısı səsi gəlirdi. Azərbaycan üçün ayrılmış hissədə məktəblilər milli geyimdə xalq mahnısı oxuyur, digər məktəblilər isə Azərbaycanın tarixinə və adət-ənənəsini əks etdirən eksponatlar haqqında məlumat verirdilər. Bu hissəni geridə qoyduqdan sonra irəlidə onlarla ölkənin eynilə bu cür özünü təqdim etdiyinin şahidi oldum.

Hər ölkə üçün ən azı iki stend ayrılmışdı. Hər ölkənin də özünəməxsus geyimlərini geyinən məktəblilər böyük həvəslə öz ölkələrinin ərazisi, əhalisi, maraqlı adətləri, istifadə etdikləri əşyalar, yaşadıqları evlər haqqında məlumat verirdilər.

Bir sözlə, sərgiyə gələnlər oradakı ölkələri görmədən müəyyən məlumat əldə edə bilirdilər. Amma yeniyetmələr bununla kifayətlənməmişdi. Həm azərbaycanlı, həm də xaricdən gələn tələbələrin ətraf mühiutin mühafizəsi məqsədilə təqdim etdikləri layihələr var idi. Azərbaycan, Anqola, Albaniya, Rusiya, Ukrayna, Somali, Türkiyə, Monqolustan, Laos, Pakistan və başqa onlarla ölkənin şagirdlərini bir amal birləşdirmişdi - təbiəti qorumaq. Stendlərə yaxınlaşdıqca onlar böyük həvəslə, bir az da həyəcanla öz layihələrini təqdim edirdilər. Rəmziyyə Qarazadə kimi. Rəmziyə “Ankara məktəbi” məktəb-liseyinin şagirdidir. O təklif edir ki, dünyanın bütün ölkələrində Ekoşəhərlər salınsın: “Biz dünyanın ayrı-ayrı ölkələrində ekologiyanı qorumaq üçün lazım vastiələri bir yerə yığıb Ekoşəhərin modelini yartamışıq. Burada binaların damında yaşıllıqlar və bu kimi ekologiyanı qorumağa xidmət edən tədbirlər var. Təklif edirik ki, təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində belə şəhərlər salınsın”.

Hər məktəblinin bir layihəsi, təbiəti qorumaq üçün bir ideyası var. Sumqayıt şəhər 24 saylə məktəbin şagirdləri isə çox istifadə etdiyimiz, amma zərərlərini bilmədiyimiz qidalar haqqında bizi məlumatlandırmağa çalışırdılar. Ümumlikdə, uşaqlar su, külək, günəş, dəniz dalğasının enerjisindən elektirk enerjisi ala bilən qurğular hazırlamışdılar. Olimpiadanın ən maraqlı stendlərindən biri də Bakı Slavyan Universiteti məktəb-liseyinin stendi idi. Liseyin şagirdləri “Əllər dağıtmaq üçün deyil, yaratmaq üçündür!” şüarı ilə səırgi iştirakçıların maraqlı aksiyaya dəvət edirdi. Sərgi iştirakçıları qırmız, sarı, yaşıl və göy boyaların biri ilə əlini boyayıb, ağ lövhəyə əl izini qoyur və bu şüara qoşulurdu. Bundan sonra da istəyən hər bir kəs ürək sözlərini kişik kağızlara yazıb bu məqsədlə ayrılmış xüsusi yerə yapışdırırdı.

Sərgi həm ekologiyanı qorumaq üçün hazırlanan layihələri göstərir, həm də bura gələnləri müxtəlif ölkələrlə tanış edirdi. Stendə yaxınlaşanları mehribanlıq və böyük həvəslə qarşılayan şagirdlər hər kəsi məlumatlandırırdı. Hər ölkə üçün ayrılmış stenddə həm azərbaycanlı, həm də o ölkəni təmsil edən şagirdlər təmsi etdikləri ölkənin milli geyimində dayanmışdılar. Hər stenddə hər ölkənin kiçik modeli yaradılmışdı. İngiltərəni təmsil edənlər İ.Nyuton, Çarlı Çaplin, Uliyam Şekspir kimi tanınmış simaların obrazını canlandırır, həvəslə İngiltərə barədə məlumatlar verirdilər. Türkiyəni təmsil edənlər “Karagöz ilə “Hacivat” xalq oyunun qəhrəmanlarını canlandırırdılar. Sərgi iştirakçılarının başa düşə bilməsi üçün azərbaycanlı şagirdlər hər ölkə haqqında maraqlı, bizim bilmədiyimiz məlumatları sadalayırdılar.

Vyetnamı təmsil edən şagirdlərin məlumatı isə hamısından maraqlı oldu. Sən demə, vyetnamlılar ilan və əqrəbdan hazırlanmış maye içirlərmiş. Belə ki, ilan və əqrəb öldürülür, onları zəhəri çıxarılır və xüsusi qabda suyun içərisinə qoyulur. Müəyyən müddətdən sonra maye içilir.

Məktəblilər layihələr və ölkələr haqqında məlumat versə də, biz layihədə qrup rəhbəri kimi fəaliyyət göstərən Şamil Allahverdidən bütövlükdə layihənin necə qiymətləndirilməsi barədə məlumat aldıq. Şamil bəy dedi ki, qiymətləndirmə məsələsində ədalət prinsipi qorunacaq. Azərbaycanlı şagirdklərin layihələrini xarici münsiflər, xarici şagirdlərin lasyihələrini isə azərbaycanlı münsfilər heyəti qiymətləndirəcək: “Qiymətləndirmənin belə edilməsində məqsəd tam ədalətli qiymətləndirmə prinsipinin qorunmasıdır. Mükafatlar qızıl, gümüş və bürünc medallar və həvəsləndirici yerlər olacaq”.

Beşinci-on birinci sinif şagirdlərinin qatıldığı olimpiadada layihələr SOCAR tərəfindən qeydiyyata alınacaq və genişləndirilmiş şəkildə istifadə edilə biləcək.

Layihələr qiymətləndirildi

Bu gün günün ikinci yarısında Heydər Əliyev adına İdman-Konsert Komleksində VI Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə-Olimpiadasına yekun vuruldu.

İlk öncə Azərbaycan Respublikasının Dövlər Himni səsləndirildi. Ardınca 42 ölkədən Azərbaycana gələn şagirdlər əlifba sırası ilə səhnəyə dəvət olundu. “İNEPO-Avrasiya” Ekologiya İctimai Birliyinin sədri Arif Gömleksiz tədbir iştirakçılarını salamladı.

Daha sonra ekologiya və ətraf mühitin mühavizəsinə hısr edilmiş film sədləndirildi.

“Təbəssüm” rəqs qrupu tədbir iştirakçılarına xoş saatlar bəxş etdikdən sonra öncə bürünc mükafatlar təqdim olundu.

Tədbirdə bürünc və gümüş mükafatlar bir sıra millət vəkili tərəfindən sahiblərinə təqdim edildi.

Ekologiyanı və ətraf mühitin təmizliyini təbliğ edən bir sıra jurnalistlər mükafatlandırıldı.

Daha sonra Təhsil Nazirinin müavini Qulu Novruzov, “Çağ” Öyrətim İşlətmələrinin sədri Ənvər Özeren, Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri Hulusi Kılıc Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə-Olimpiadası haqqında təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.

Sonda VI Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə-Olimpiadasında birinci yeri tutan komandalara qızıl medallar təqdim olunub.

Ətraf mühitin mühafizəsi üzrə: Hüseyn Məmmədli - Əli Rzayev,
İctimai fənlərdən: Şəbnəm Adıgözəlova-Murad Əbilov,
Ekologiya: Firuzə Məmmədova – Əkbər Rəşidov
Ekoloji enerji: Məmməd Məmmədov – Turan Cabbarlı
Mühəndis: Sadıq Həsənzadə - Tofiq Qədirov

Qeyd edək ki, Azərbaycanlı yanaşı Bosniya-Hersoqovina, Ukrayna, Makedoniya, Rumınya, Türkiyə və Yəməndən olan şagirdlər də qızıl mükafata layiq görülüblər.

Fatimə Kərimli






7 Aprel, 2012  22:47 Baxılıb: 1673 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner