Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yevlaxda sahibkarlar maarifləndirilir

Onlara 3 mövzuda treninqlər keçirilib

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Yevlax nümayəndəliyinin təşkilatçılığı ilə Yevlaxda sahibkarlar üçün “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” və Beynəlxalq Əmək Təşkilatının “Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir” Proqramı çərçivəsində “Öz biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında treninqlər keçirilib. 

Nazirliyin mətbuat xidmətindən Simsar.az-ın verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin Yevlax nümayəndəliyinin, İqtisadi İnkişaf Nazirliyinin Aran regional bölməsinin əməkdaşları, eləcə də Yevlax rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Tədbirdə sahibkarlara risklərin mahiyyəti, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik və s. barədə ətraflı məlumat verilib, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda təqdimat keçirilib. Həmçinin, treninqə biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.






7 Aprel, 2012  00:38 Baxılıb: 844 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner