Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sürücülər üçün yeni xəbər

Kəmərə görə cərimələr 15 manatdan 40 manata qalxdı 

Nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması ilə bağlı cərimə balları 10 baldan 12 bala qədər artırılıb

Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Simsar.az-ın məlumatına görə, dəyişikliyə əsasən, bəzi yol hərəkət qaydalarının pozuntularına görə, cərimələrin məbləği artırılıb. Belə ki, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarəetməyə görə cərimənin məbləği 15 manatdan 40 manata qaldırılıb.

Bundan başqa, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşmaya görə cərimələrin məbləği də artırılıb. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-30 km/saat həddində aşmağa görə 20 manat (hazırda 15 manatdan 20 manata qədərdir), hərəkət sürətini 30-60 km/saat həddində aşmağa görə 100 manat (hazırda 20 manatdan 40 manata qədərdir), hərəkət sürətini 60 km/saat həddindən artıq aşmağa görə 150 manat (hazırda 40 manatdan 60 manata qədərdir) miqdarında cərimə müəyyən edilib.

Nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimənin məbləğinin 60 manatdan 100 manata qaldırılıb. Bu qayda pozuntusunun il ərzində təkrar törədilməsinə görə cərimənin məbləği 80-100 manatdan 200 manata qaldırılıb.

Nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə nəzərdə tutulan cərimə 400 manatadək artırılıb (hazırda 140 manatdan 180 manatadəkdir).

Nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 250 manat məbləğində cərimə təklif olunur. Hazırda bu cərimənin miqdarı 150 manatdan 200 manatadəkdir. Bundan başqa, dayanma, durma və parklanma qaydalarının pozulması ilə bağlı cərimələrin məbləği də artırılıb. Belə pozuntulara görə 20 manat cərimə müəyyən edilib (hazırda 15 manatdan 20 manatadəkdir).

Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə isə cərimənin məbləği 40 manata qaldırılıb (hazırda 15 manatdan 20 manatadəkdir).

Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə cərimənin məbləği 100 manat məbləğində müəyyənləşib (hazırda 20 manatdan 40 manatadəkdir).

Həmçinin, inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.

Məcəlləyə edilmiş digər bir dəyişikliklə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması ilə bağlı cərimə balları 10 baldan 12 bala qədər artırılıb.






6 Aprel, 2012  21:45 Baxılıb: 1449 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner