Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mətbuat Şurası “Hürriyyət”, “Yeni Müsavat” və “Səs” qəzetlərindən edilən şikayətlərə baxıb

İki qəzet irad və tövsiyələri qəbul edib 

Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri gündəliyə üç məsələ barədə müzakirələrin salınması razılığına gəliblər.

Əvvəlcə “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri, polkovnik-leytenant Yaşar Cəfərlinin “Hürriyyət” qəzetində onun barəsində gedən yazı ilə əlaqədar müraciətinə baxılıb. İclasda şikayət doğuran materialda qarşı tərəf haqqında bir sıra kəskin ittihamların yer alması, balansın gözlənilmədiyi nəşr təmsilçisinin nəzərinə çatdırılıb. Qəzetin redaktoru Zülfüqar Hüseynzadə iradlarla qismən razılaşdığını, qarşı tərəfin münasibətinin öyrənilməsinə yönələn cəhdlərin uğursuz nəticələndiyini desə də, bildirilib ki, yazıda bu barədə məlumat yoxdur. Bu isə məqalədə “Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları”nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı 1-ci prinsipinin 1.2 bəndinin “jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir” tələbinin pozulması ilə nəticələnib.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun “Yeni Müsavat” qəzetinin bu ilki saylarında gedən “Prokurorluğun 250 işçisinə atıblar” (20 fevral), “Qalmaqallı prokuror oğlu barədə ilginc xəbərlər” (3 mart), “Prokurorlar pul axtarır” (13 mart) sərlövhəli yazılarla əlaqədar müraciətinin müzakirəsi zamanı balansın gözlənilməməsini, lazımi araşdırmaların aparılmamasının yanlışlıqlara gətirib çıxardığı, hədəf kimi götürülən şəxs barədə aşağılayıcı fikirlərin yayımlandığı mətbu nəşr nümayəndəsinin nəzərinə çatdırılıb. Qəzetə tövsiyə olunub ki, bu sayaq mövzuların təqdimatında etik prinsiplərin tələblərinin gözlənilməsinə diqqətlə yanaşsın. Qəzetin hüquqşünası Vaqif Hüseynov iradları qəbul edib və məsələ bitmiş sayılıb.

Professor Rafiq Əliyevin “Səs” qəzetinin 11 fevral 2012-ci il tarixli sayında dərc olunmuş yazı barədə müraciətinin müzakirəsi zamanı mətbu nəşrin AJPDQ-nin bir sıra bəndlərinin tələblərini pozduğu müəyyənləşdirilib. Bildirilib ki, köşə yazısında faktlar dəqiqləşdirilmədən təqdim olunub. Həmçinin yazıda adıçəkilən tanınmış ziyalı haqqında təhqiramiz ifadələr yer alıb. Komissiya üzvləri bunları etik prinsiplərə zidd hallar kimi dəyərlənriliblər. Qəzetə gələcəkdə belə yanlışlıqlara yol verməməsi tövsiyə edilib.

Modern.az






6 Aprel, 2012  21:24 Baxılıb: 1159 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner