Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

VI Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə-Olimpiadası başladı – FOTOSESSİYA

Olimpiadaya dünyanın 43 ölkəsindən 400-dən çox layihə təqdim olunub 

Heydər Əliyev adına İdman-Konsert Komleksində “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyətinin 20-ci ildönümünə həsr edilmiş Məktəblilərin VI Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə-Olimpiadasına start verilib.

İki gün davam edəcək tədbirin açılışı aprelin 6-sı saat 14.00-da gerçəkləşib. Bu günki tədbirdə olimpiadaya təqdim olunan layihələrin sərgisi keçirilib, həmçinin olimpiadada təmsil olunan ölkələrin tanıtımı keçirilib.

Simsar.az-ın sərgidə olan əməkdaşının verdiyi məlumata görə, İdman-Konsert Komleksində bahyram əhval-ruhiyyəsi yaşanıb. Yüksək səviyyədə təşkil olunan və məktəblilərin böyük sevinclə iştirak etdiyi sərgidə bir-birindən gözəl, maraqlı layihələr təqdim olunub. Azərbaycanın təhsil tarixində mühüm hadisə kimi yadda qalacaq tədbirin təşkilatçıları sırasında Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Neft Şirkəti, “İNEPO-Avrasiya” Ekologiya İctimai Birliyi də var.

Qeyd edək ki, olimpiada 2007-ci ildən keçirilir. Olimpiadaya dünyanın 43 ölkəsindən 400-dən çox layihə təqdim olunub.

Bu göstərici əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Əvvəllər keçirilən olimpiada yarışlarında Azərbaycan məktəbliləri 21 qızıl, 22 gümüş, 25 bürünc medal qazanıblar.

Bu günkü sərgidə Albaniya, ABŞ, İndoneziya, İran, Qazaxıstan, Gürcüstan, Litva, Makedoniya, Malaziya, Meksika, Nigeriya, Pakistan, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Türkmənistan, Ukrayna, Vyetnam, Yəmən, Zambiya, Niderland, Rusiyadan, ümumilikdə, dünyanın 42 ölkəsindən 250-ə qədər şagirdin iştirak etdiyi deyilir.

Aprelin 7-də isə layihələr qiymətləndiriləcək və qaliblər bəlli olacaq. Final mərhələsində Türkiyə və Azərbaycanın dövlət rəsmiləri iştirak edəcəklər.

Bu ilki olimpiadanın keçirilməsində məqsəd Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaqdan, məktəblilərdə ətraf mühitə qarşı həssas münasibəti formalaşdırmaqdan, ekoloji məsələlər üzrə maarifləndirməni genişləndirməkdən ibarətdir.

RAMİL






6 Aprel, 2012  20:49 Baxılıb: 1249 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner