Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ÇİNGİZ FƏRƏCOV: «CİNS MAL SAXLAMAQ KASIB ADAMIN İŞİ DEYİL» - AÇIQLAMA

«İnsan özünə necə qulluq edirsə, cins mallara da elə baxmalıdır»

Xaricdən gətirilən cins heyvanlar yerli şəraitə uyğunlaşa bilmədiyindən tələf olur. Xüsusilə də, ölkənin mərkəzi aran zonalarında cins heyvanları saxlamaq müşkülə çevrilib. Havaların qızması onların arasında qızdırma hallarını artırıb.

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandanlıq şöbəsinin rəisi məsələ ilə bağlı Simsar.az-a açıqlamasında bildirib ki, cins heyvanların tələf olmasının əsas günahkarı onların sahibləridir: «Həmin heyvanlara baxılma qaydası var və həmin qaydalara əməl olunmalıdır. Vaxtı-vaxtında yemlənməlidir, dərmanları atılmalıdır, iynə vurulmalıdır. Heyvana baxmaqdan çox şey asılıdır. Aqrolizinqlərin tövsiyələrinə qulaq asmaq lazımdır. Cins heyvanlara yerli heyvanlara göstərildiyi kimi qulluq edilməməlidir. Onlara fərqli münasibət olmalıdır».

Ç.Fərəcov əlavə edib ki, ümumiyyətlə, cins heyvanlar kasıblar üçün deyil: «Gərək, orta təbəqənin nümayəndəsi olasan ki, cins heyvanlara şərait qura biləsən. Tövlənin vintilyasiya sistemi olmalıdır. Hər tərəfdən sərin hava verilməlidir ki, heyvanlar qızdırmasın. İnsan özünə necə qulluq edirsə, cins mallara da elə baxmalıdır».

Ç.Fərəcov süni mayalanma nəticəsində yerli heyvanların tələf olması fikri ilə razılaşmadığını deyib: «Süni mayalanma işi peşəkarlara həvalə olunmalıdır. Mən bu günə qədər eşitməmişəm ki, süni mayalanmadan hansısa sağlam heyvan tələf olsun. Süni mayalanmanı bu işi bilənə həvalə etmək lazımdır».

RUSLAN






6 Aprel, 2012  17:36 Baxılıb: 2299 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner