Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nəqliyyat Nazirliyində "Eurovision"la bağlı müşavirə keçirilib

Ziya Məmmədovun rəhbərliyi ilə keçirilən müşavirədə müsabiqəninin keçirilməsinə hazırlıq prosesi ilə bağlı həyata keçirilən tədbirlər müzakirə edilib

"Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsinə hazırlıqla bağlı Nəqliyyat Nazirliyində müşavirə keçirilib. Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi ilə keçirilən müşavirədə mahnı müsabiqəsinin keçirilməsinə hazırlıq prosesi ilə bağlı həyata keçirilən tədbirlər müzakirə edilib.

Nəqliyyat-yol kompleksinə daxil olan qurumlar üzrə görülmüş işlərin hesabatı dinlənilib, nəzərdə tutulan tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb. Avtomobil yollarının vəziyyəti, yol nişanlarının qoyulması, müvafiq istiqamətlər üzrə xüsusi marşrut sxemlərinin işlənib hazırlanması, Bakıya gələn rəsmi qonaqların və turistlərin avtobus və taksilərlə daşınması ilə bağlı hərəkət sxemləri, 22 yerdə xüsusi taksi dayanacağının yaradılması, sərnişindaşımanın tənzimlənməsi məqsədilə dispetçer məntəqələrinin təşkili məsələlərindən danışılıb.

Bundan başqa, sərnişin avtobuslarını və sərnişindaşıma ilə məşğul olan digər avtonəqliyyat vasitəsini idarə edən sürücülər üçün kursların təşkili, hazırlanması, taksi maşınlarına taksometrlərin və Pos-terminalların quraşdırılması və s. kimi məsələlər də müzakirə mövzusu olub.

Müşavirənin sonunda Ziya Məmmədov Nəqliyyat Nazirliyinin tabeli qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlarını verib.






5 Aprel, 2012  22:33 Baxılıb: 1113 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner