Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Asbestdən olan dam örtükləri dəyişdiriləcək

Aran rayonlarında siyahıya alma başlayıb 

Azərbaycanda evlərin, sosial obyektlərin asbest şiferli dam örtükləri dəyişdiriləcək. APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Nazirlər Kabineti (NK) yerli icra hakimiyyəti orqanlarına xidməti məktub göndərib. Artıq Kürdəmir, Ağsu, Göyçay, Şamaxı, Ucar rayonlarında damı asbest şiferlə örtülmüş fərdi yaşayış evlərinin, sosial obyektlərin dəqiq sayının müəyyən edilməsi üçün siyahıya alma işləri görülür.

Asbest şiferlər sovet dövrünün məhsulu sayılır. Hazırda satışda həmin şiferlərə az rast gəlinsə də, aran rayonlarında köhnə evlərin əksəriyyətinin tam örtüyündə onlardan istifadə olunub.

Kürdəmir rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Vasif Məmmədov APA-nın yerli bürosuna bildirib ki, artıq bir neçə gündür asbest örtüklü evlərin siyahıya alınması və onların dam örtüklərində ölçü işləri aparılır: “Kürdəmir şəhərində və 61 kənddə asbest örtüklü evlərin dəqiq sayı yaxın bir həftə ərzində məlum olacaq. Niyə məhz asbest örtüklü evlərin qeydiyyata alınmasının dəqiq səbəbini bilmirik. Ola bilsin ki, həmin materiallar insan sağlamlığı üçün ziyanlıdır. Amma dam örtüklərinin dəyişdiriləcəyi və ya bununla bağlı vətəndaşlara hansı yardımların veriləcəyi barədə məlumatımız yoxdur. Sadəcə belə evləri siyahıya alırıq və dam örtüklərinin eni və uzunluğu ölçülərək neçə kvadrat olduğu müəyyənləşdirilir”.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutun direktoru Adil Qəribov APA-ya açıqlamasında bildirib ki, asbest şiferlər günəş altında azot tərkibli kanserogen, zərərli maddələr buraxır: ”Beynəlxalq səviyyədə ekspertlərin müəyyən etdiyi belə bir tibbi nəticə var ki, bu maddələr xərçəng xəstəliklərini stimullaşdırır. Ona görə də dünya miqyasında inkişaf eləmiş ölkələrin çoxunda asbest şiferlərdən istifadəyə məhdudiyyət qoyulub. Azərbaycan da inkişaf etmiş ölkə sayılır. Ona görə də asbest şiferlərin yaratdığı problem gündəmə gəlib”.






5 Aprel, 2012  20:54 Baxılıb: 1253 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner