Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

907-ci düzəliş ləğv oluna bilər

ABŞ yetgililəri bunun üçün vaxt lazım olduğunu deyir

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Vətəndaş cəmiyyəti: reallıq və perspektivlər” mövzusunda konfrans keçirilib

Bu gün Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Vətəndaş cəmiyyəti: reallıq və perspektivlər” mövzusunda konfrans keçirilib. Simsar.az-ın məlumatına görə, konfransda Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri, bir sıra ABŞ senatorlarının administrasiyalarının təmsilçiləri iştirak ediblər. Tədbirdə Azərbaycanda media və vətəndaş cəmiyyətinin inkişaf və perspektivinə dair məsələlər müzakirə olunub. 

Tədbir açılış nitqi söyləyən SAM direktorunun müavini Gülşən Paşayeva ABŞ-ın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu bildirib. Onun sözlərinə görə, bu gün iki ölkə arasında imzalanmış 100-dən artıq ikitərəfli saziş Azərbaycanla ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın əsasını təşkil edir.

Daha sonra bir sıra QHT-lərin rəhbərləri ABŞ nümayəndə heyətini öz təşkilatlarının fəaliyyəti ilə tanış ediblər. Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov qeyd edib ki, ölkədə 3 mindən artıq QHT qeydiyyatdan keçsə də, onlardan yalnız 250-dən çoxu aktiv fəaliyyət göstərir.

ABŞ nümayəndə heyətinin üzvləri bu ölkənin Dağlıq Qarabağdakı separatçı quruma maliyyə yardımı ayırmasına münasibət bildirərək qeyd ediblər ki, ABŞ Konqresi bu məsələyə yenidən baxmalı, Azərbaycan isə problemə yenidən baxılması üçün daha aktiv fəaliyyət göstərməlidir.

“Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ləğvinə mane olan səbəbləri şərh edən ABŞ təmsilçiləri qeyd edib ki, ölkədə qanunverici və icraedici hakimiyyətin bölünməsi bəzi qanunvericilik proseslərinin ləng inkişafına səbəb olur: “Hazırda bu məsələyə yenidən baxılır, 907-ci düzəliş ləğv oluna bilər, lakin bunun üçün






5 Aprel, 2012  18:45 Baxılıb: 1059 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner