Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Növbəti qəbul planı hökumətə təqdim edilib

Qəbul planında artım var 

Təhsil Nazirliyi 2012/2013-cü tədris ili üçün ali (bakalavriat səviyyəsi üzrə) və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının layihəsini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Bunu çərşənbə günü Simsar.az-a Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev deyib.

Onun sözlərinə görə, yaxın günlərdə plan layihəsinin Azərbaycan Prezidenti yanında Təhsil üzrə Komissiyada müzakirəyə çıxarılacağı gözlənilir.

Mustafayev deyib ki, nazirlik növbəti tədris ili üzrə həm ali, həm də orta təhsili müəssisələri üçün qəbul planını artırıb. Hökumət tərəfindən bu artımın qəbul olunacağına ümid edən şöbə müdiri müvafiq nazirliklərin bu artımı dəstəklədiklərini söyləyib. O əlavə edib ki, qəbul planında əsas üstünlük humanitar deyil, texniki, texnoloji, turizm, iqtisadiyyat, informatika, hesablama texnikası sahələri üzrə plan yerlərinin artırılmasına üstünlük verilib.

Şöbə müdiri qeyd edib ki, növbəti tədris ilinin qəbul planında dövlət sifarişli ixtisaslar üzrə qəbul planı hökumət tərəfindən təsdiqlənib. Dövlət sifarişli ixtisaslar üzrə plan yerlərinin ilbəil artırıldığını deyən Mustafayevin sözlərinə görə, bu il 211 plan yeri artırılıb. Ümumilikdə, 2012/2013-cü tədris ili üçün dövlət sifarişli ixtisaslar üzrə 10 906 plan yeri ayrılıb.

Mustafayev dövlət sifarişli ixtisaslara bütün özəl ali məktəblərin cəlb olunduğunu da söyləyib.

Qeyd edək ki, 2011/2012-ci tədris ili üzrə ali məktəblər üçün 31 419 plan yeri ayrılıb.






4 Aprel, 2012  21:23 Baxılıb: 927 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner