Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı Dövlət Universitetində elmi yığıncaq

İclasda ötən il yerinə yetirilmiş elmi-tədqiqat işləri dinlənilib

Bu gün Bakı Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib. Simsar.az-ın məlumatına görə, AMEA-nın Rəyasət Heyəti üzvləri, BDU-nun Elmi Şurasının üzvləri, tanınmış alimlərin iştirak etdiyi iclasda universitetin rektoru akademik Abel MəhərrəmovAzərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunmasının vacib məsələlərdən olduğunu bildirib. Rektor, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Akademik bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfəsini verdiyini və Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib. 

İclasda 2011-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elm və innovasiyalar üzrə prorektor professor Aydın Kazımzadənin hesabatı dinlənilib və BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılmasından danışılıb. Məlum olub ki, Bakı Dövlət Universitetinin 17 fakültəsinin 124 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 3 elmi-tədqiqat mərkəzində və 24 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır. 2011-ci ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 221 mövzu üzrə 1151 elmi iş yerinə yetirilib.

Hesabat ilində universitetdə professor-müəllim heyəti və əməkdaşlar tərəfindən 68 monoqrafiya, 76 kitab, 90 dərslik, 115 dərs vəsaiti, 2702 məqalə, o cümlədən 1942 məqalə respublikada, 760 məqalə xaricdə, 1269 tezis, o cümlədən 574 tezis respublikada, 695 tezis xaricdə, 44 metodik göstəriş, 226 proqram nəşr etdirilib. Cari ildə universitet alimləri 28 doktorluq və 115 fəlsəfə doktoru dissertasiyası işinə opponentlik ediblər. 16 doktorluq və 77 fəlsəfə doktoru dissertasiya işinə aparıcı təşkilat olaraq rəy veriblər. Xaricdə nəşr olunmuş 760 məqalədən 140-ı, yəni bütün xaricdə nəşr olunmuş məqalələrin 18,5 %-i impakt faktorlu jurnallarda nəşr olunub.

BDU əməkdaşları tərəfindən 22, o cümlədən BDU-nun sahibliyi ilə 8 patent alınıb.

Professor Aydın Kazımzadə 2011-ci ildə universitet alimlərinin xaricdə nəşr olunmuş kitabları haqqında da məlumat verib. Bu kitablar tətbiqi riyaziyyat və kibernetika, tarix, filologiya, hüquq, sosial elmlər və psixologiya fakültələrinin əməkdaşları tərəfindən yazılıb və ABŞ, Almaniya, İngiltərə, Rusiya, Ukrayna, Özbəkistan, Hollandiya, Türkiyə və İran İslam Respublikasının nəşriyyatlarında nəşr olunub.

Hesabat ilində universitetin əməkdaşları tərəfindən 63 (42 beynəlxalq və 21 respublikadaxili) elmi layihələr həyata keçirilib. Bu layihələr Avropa Birliyinin 7-ci Çərçivə (FP-7) və TEMPUS Proqramları, Amerikanın Mülki Tədqiqatlar və İnkişaf Fondu, Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzi, Ukrayna Elm və Texnologiya Mərkəzi, Fransanın Milli Elmi araşdırmalar mərkəzi, NATO-nun «Elm sülhün keşiyində» proqramı, İsveçrə Milli Elm fondu, Almaniyanın Folsfagen şirkəti, Soros fondu Açıq Cəmiyyət İnstitutu, Dünya Bankı, AR Prezidenti Yanında Elmin İnkişafı Fondu, AR Təhsil Nazirliyi və AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azneft İstehsalat Birliyi və digər yerli və xarici təşkilatlar tərəfindən maliyyələşdirilir.


2011-ci ildə BDU-nun laboratoriyalarının maddi-texniki bazası daha da möhkəmləndirmək məqsədi ilə 448 827 dollar dəyərində yeni cihaz və avadanlıqlar alınıb.






4 Aprel, 2012  20:58 Baxılıb: 1032 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner