Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

XƏDİCƏ İSMAYILOVA: MƏTBUAT ŞURASINI MƏHKƏMƏ VERƏCƏM-YENİLƏNİB

Jurnalist mətbuat konfransı keçirir

Jurnalist Xədicə İsmayılova Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində özəl həyatına müdaxilə və jurnalist fəaliyətinə görə məruz qaldığı təhdidlərlə bağlı mətbuat konfransı keçirir. Mətbuat konfransında tanınmış vəkil Adil İsamyılov, bir sıra QHT nümayəndəsi və ictimai-siyasi xadim edir. 
Simsar.az-ın əməkdaşının verdiyi məlumata görə hazırda mətbuat konfransında çıxış edən Xədicə İsmayılova onun şəxsi həyatına qarşı edilən müdaxilənin və məruz qaldığı təhdidlərin xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyini bildirib. O bildirib ki, mətbəx və yataq otağı arasındakı divarda dəlik açılaraq gizli kamera quraşdırılıb. Bundan başqa jurnalist prokurorluğun işindən də narazı qaldığını bildirib. 

Xədicə İsmayılova mətbuat konfransında prokurorluğun işindən narazılığını bildirməklə yanaşı, qeyd etdi ki, onunla bağlı 7 məktub yazılıb və 7 müxtəlif ünvana göndərilib. Məktubların üstündə hədələyici sözlər yazılıb. Məktublardan biri özünə, ikisi “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə göndərilsə də digər 4 məktubun hara göndərildiyi bilinmir. Jurnalist məktubların hansı ölkədən gəldiyini də açıqlayıb. Məktublar Moskvadan yazılıb.

Xədicə İsmayılova Mətbuat Şurasını məhkəməyə verəcəyini bildirib. Jurnalist buna səbəb kimi “Səs”, “Yeni Azərbaycan” və “İki sahil” qəzetlərində onun haqqında gedən yazılar olduğunu bildirib. O, Mətbuat Şurasından tezliklə bu yazıları dayandırmağı tələb edib. Əks təqdirdə Xədicə İsmayılova Mətbuat Şurasını qərəzli mövqeyinə və adıçəkilən qəzetlərdə jurnalist haqqında yazılan yazıların dayandırılmasını tələb etmədiyinə görə məhkəməyə verəcəyini söylədi. 



Qeyd edək ki, martın 7-də Xədicə İsmayılovanın yaşadığı ünvana təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Martın 14-də isə internetdə Xədicə İsmayılovanın şəxsi həyatına aid video-görüntü yayılıb. Martın 15-də faktla bağlı cinayət işi açılıb.






4 Aprel, 2012  19:24 Baxılıb: 2331 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner