Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

110 milyon basdırılmamış mina

Hər çıxarılan minanın yerinə 20-si basdırırlır

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) 4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyalarına Yardım Gününə həsr olunmuş mətbuat konfransı keçirilib.

Simsar.az-ın məlumatına görə, tədbirdə çıxış edən ANAMA-nın Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) departamentinin meneceri Musa Cəlalov bildirib ki, bu gün Agentlik tərəfindən respublikanın müxtəlif regionlarında müxtəlif tədbirlər keçirilməkdədir: “Hər gün minlərlə insan mina və müharibənin partlamamış qalıqlarından zərər çəkir. Azərbaycan da bu təhlükə ilə üzləşib”. ANAMA nümayəndəsinin sözlərinə görə, Azərbaycanda humanitar minatəmizləmə əməliyyatları aparılsa da, hələ də müxtəlif yerlərdə minalara və PHS-lərə rast gəlinir.

M. Cəlalov qeyd edib ki, BMT-nin hesablamalarına görə, hazırda dünyanın 70-ə yaxın ölkəsində 110 milyona qədər basdırılmış mina mövcuddur. Bir o qədər piyadalar əleyhinə mina isə anbarlarda qalır. Hər ay dünyada 2 mindən çox insan mina partlayışının qurbanı olur. Hər çıxarılan 1 minanın yerinə 20 mina basdırılır. Bir minanın qiyməti 3-30 ABŞ dolları, bir minanın zərərsizləşdirilməsi 300-1000 ABŞ dollarına başa gəlir.

ANAMA nümayəndəsinin sözlərinə görə, ANAMA tərəfindən 2005-ci ildən cəbhəyanı rayonların 1200-ə yaxın məktəbdə Mina Təhlükəsinə dair Maarifləndirmə dərsləri keçirilir. Bu dərslər nəticəsində mina qurbanı olan uşaqların sayı azalıb. 2004-2005-ci ilə qədər baş verən mina hadisələrində əsas qurbanlar məktəblilər olsa da, bu dövrdən sonra baş vermiş minaPHS hadisələrində zərər çəkənlər arasında məktəblilərin sayı sıfıra enib. Hər il məktəblilərin verdiyi məlumat hesabına isə 50-yə yaxın mina və PHS zərərsizləşdirilir.






4 Aprel, 2012  14:44 Baxılıb: 973 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner