Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

HACI SABİR HƏSƏNLİ: «DİNLƏRARASI MÜNAQİŞƏ QAÇILMAZ OLA BİLƏR»-EKSKLÜZİV

«Bir xristianın qətli faciə, minlərlə müsəlmanın məzhvi statistikadı»

Dünyada dinlərarası münasibətlər yenidən gərginləşməkdədir. Gərginliyin münaqişə həddinə çatma ehtimalı var. Məhəmməd Merah adlı ərəbin Fransanın Tuluza şəhərində 7 nəfəri qətlə yetirməsindən sonra bu ölkədə müsəlmanlar hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb. Yayılan son məlumatlara görə, Fransada 3-ü imam (molla) olmaqla 5 müsəlman deportasiya edilib. Qərarı Fransanın daxili işlər naziri Klaude Gueant verib. Nazirliyin açıqlamasına görə, müsəlmanların deportasiya edilməsinin səbəbi onların dövlətin maraqlarına qarşı çıxmaları olub. Cəzirəli dini xadim və Malidən olan imam ölkələrinə göndərilsə də tunisli dini xadim və türk imamın deportasiyası üçün lazımi işləri qısa müddətdən sonra başlayacaq.

Fransa Daxili İşlər Nazirliyi açıqlamasında bildirib ki, türk imam Yusif Yükselin deportasiya edilməsinə səbəb onun qərb dünyası və yəhudilərə qarşı nifrət aşılamağı səbəb olub. Cəzirəli dini xadimin deportasiyası isə onun radikal islamçı olmağı ilə əsaslandırılır.
Bu arada Səudiyyə Ərəbistanının baş müftisi Şeyx Əbdül-Əziz əş-Şeyx Ərəbistan yarımadasında mövcud olan bütün kilsələrin sökülməsi barədə fətva verib.
Baş müfti bildirib ki, haqq din İslam dini olduğu üçün Ərəbistan yarımadasında yalnız bir din, İslam dini olmalıdır. Küveyt də Ərəbistan yarımadasında yerləşdiyindən Küveytdə olan bütün kilsələr sökülməlidir.
Baş müftinin bu sözlərindən sonra Livan, İordaniya, Misir və digər Yaxın Şərq ölkələrində yaşayan xristianlar bu fətvadan hiddətləndiklərini bildiriblər.
Baş verənlərə aydınlıq gətirmək üçün Simsar.az Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənliyə müraciət edib.

S.Həsənli hesab edir ki, Fransanın Tuluza şəhərində 7 nəfəri qətlə yetirmiş Məhəmməd Merahın əməllərinə görə, bütün müsəlmanlara qarşı aşağılayıcı mövqe ortaya qoymaq düzgün olmazdı: «Qərb üçün bir müsəlmanın 5-6 nəfəri qətlə yetirməsi faciə, xristian ordusunun minlərlə insanı məhv etməsi isə statistikadı. Mən Məhəmməd Merahın hərəkətlərinə qətiyyən haqq qazandırmıram. Onun əməlləri bəlkə də müsəlmanlara qarşı kampaniya aparmaq üçün Fransa prezidenti Sarkozinin maraqlarına cavab verib».

S.Həsənlinin dediyinə görə, Qərbin müsəlman ölkələrdə demokratiya yaymaq siyasəti heç vaxt səmimi olmayıb: «Hələ NATO ordusu Əfqanıstana, İraqa girəndə demişdim ki, bu, demokratiyanın qurulmasına deyil, təbii sərvətlərin mənimsənilməsinə xidmət edir. İraqda minlərlə müsəlman qırıldı. Əfqanıstanda da həmçinin. Bin Laden kim idi? Amerikanın sifarişini yerinə yetirən terrorçu. Müsəlman aləmində baş verən bütün pis işlərin ucu Qərbə gedib çıxır. Sarkozi Məhəmməd Merahın əməllərini siyasi şouya çevirib və bundan müsəlmanlara qarşı istifadə etmək istəyir. Fransa ərəb ölkələrində azmı müsəlman qırıb? Əlcəzairdə, Tunisdə yüz illərlə işğalçılıq siyasəti aparılıb. Elə ərəb tayfaları olub ki, körpəsinə, itinə-pişiyinə qədər fransızlar tərəfindən məhv edilib».

Universitet rektoru bildirib ki, Avropada, Amerikada müsəlmanlara qarşı ayrı-seçkilik ciddi şəkildə davam etməkdədir: «Orada müsəlmanların əksəriyyəti qara işlərlə məşğuldur. Mən Parisdə məsciddə olmuşam, müsəlmanlığı qəbul edən fransızlarla qarşı dözülməz münasibət var. İslam dininin günü-gündən genişlənməsi Fransa hakimiyyətini narahat edir. Fransa konstitusiyasına görə, əhalinin 10 fatizini təşkil edən dini, milli azlıqlar prezidentliyə namizəd irəli sürmək təşəbbüsü ilə çıxış edə bilərlər. Hazırda Fransada 6 milyona yaxın müsəlman işləyir. Onların arasında imkanlı iş adamları da var, yoxsulluqdan əziyyət çəkənlər də. Ərəb milyonerləri Fransa iqtisadiyyatına böyük töhfə veriblər. Ümumiyyətlə, tarizə nəzər salanda görürük ki, Fransa öz iqtisadiyyatını işğal etdiyi ərazilərin hesabına dirçəldib. Fransa iqtisadi və siyasi cəhətdən kasıb ölkələrlə heç vaxt əməkdaşlıq etməyib».

S.Həsənli hesab edir ki, baş verənlər mütləq dinlərarası münaqişələrə gətirib çıxaracaq: «Quranın yandırılması, hədələr, İslam əleyhinə bəyanatlar mütləq qarşı tərəfdə qıcıq yaradacaq. Qafqaz Müsəlmanlar İdarəsi İslama qarşı atılan addımları daim pisləyib. Dünya Azərbaycanı tolerant ölkə kimi tanıyır. Bəzən dini tolerantlıqda ifrata varırıq.
Dünyada Azərbaycandakı kimi dini tolerantlıq mövcud deyil. Şeyxin bütün məclislərində, tədbirlərində, hətta iftar gecələrində hər cür dini təriqətin nümayəndələri iştirak edirlər. Demokratiyaya, dostluğa, tolerantlığa ləbbeyk deyirik. Bu səmimiyyətimizdən istifadə edirlər. Gəlin görək, demokratiyanın beşiyi sayılan Amerikada müsəlmanlara münasibət necədir. Amerikada nicat yolunu İslamda tapan qara dərili insanların yaşadıqları məhəllələri görmüsüzmü? Mən Nyu Cersidə, Los Ancelsdə olmuşam. Orada məscidlər var. Amma müsəlmanlar çox kasıb məhhələrdə yaşayırlar. Burada müsəlman icmasının rəhbəri qubernator seçkilərində iştirak edə bilmir. Amma ermənilərə bu imkan verilib. Şvarsnegerdən əvvəl Kaliforniyanın qubernatoru Murad Topaylayan olub. Kaliforniyada cəmi 400 min erməni olub. Amma bu gün sayları 1 milyona çatır».

S.Həsənli sonda əlavə edib ki, təşkilatlanma baxımından xristianlar, o cümlədən, ermənilər müsəlmanlardan irəlidədilər: «Təəssüflər olsun ki, müsəlmanlar icmalaşa bilmir».

Ruslan XƏLİL






3 Aprel, 2012  21:05 Baxılıb: 1511 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner