Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sürücülərə şad xəbər

Sürücülər qarşıda radarların olmasını əvvəlcədən biləcəklər

Azərbaycanda avtomobil yollarında radarın mövcudluğu ilə bağlı yol nişanının quraşdırılması məcburiləşdirilir.

 Milli Məclisdən Simsar.az-a verilən məlumata görə, "Yol hərəkəti haqqında" qanuna bununla bağlı əlavə təklif edilib. Qanunun 50-ci maddəsinə bununla bağlı xüsusi hissə əlavə olunacaq.

Qanun layihəsində qeyd olunur ki, hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda yolda radarın mövcudluğu barədə məlumat verən servis nişanı və ya həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" nişanı quraşdırılmalıdır.

Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır.

Qeyd edək ki, hazırda yolda radarın olması barədə yol nişanının quraşdırılması məcburi deyil.

Qanuna təklif olunan digər bir dəyişikliyə görə, şəxs qayda pozuntusu və ya tətbiq edilən tənbeh növü ilə razılaşmadıqda, inzibati protokol icraatın həyata keçirilməsi üçün 1 iş günü ərzində aidiyyəti icra hakimiyyəti orqanına göndərilir. Bu halda həmin şəxsə dərhal protokolun surəti və baxılmanın yeri və vaxtı barədə bildiriş verilir.

Digər bir dəyişiklikdə isə qeyd olunur ki, şəhərdaxili (rayondaxili) sərnişin daşımaları ilə məşğul olan sürücü qaydaları pozduqda, yol polisi əməkdaşı ona qayda pozuntusunu elan etdikdən və dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər. Bu dəyişiklik müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq məqsədilə nəzərdə tutulub.

Qanun layihəsi Milli Məclisin müzakirəsinə verilib.






3 Aprel, 2012  19:25 Baxılıb: 1319 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner