Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BÖYÜK FOTOQRAFIN SON GÖRÜNTÜLƏRİ – FOTOLENT

Fotolarda mərhumun son dəfə çəkdiyi şəkillər də yer alıb 

Elə insanlar var ki, səssiz-səmirsiz həyatımıza daxil olur, bizim ən yaxın dostumuza, yoldaşımıza çevrilir. Sonra da elə gəldiyi kimi səssizcə həyatımızda silinməz izlər buraxaraq çıxıb gedir. Amma gedişi bizim üçün gəlişi qədər səssiz olmur. Bəlkə də kimsənin duymayacağı yalnız özümüzə məxsus aha-naləyə çevrilir, ürəyimizə dağ basır. Bu yaralar da zaman-zaman qaysaqlanır. ..

Əjdər də aramıza belə gəlmişdi. Azərbaycan mətbuatının uzun illərdən bəri tanınmış peşəkar fotomüxbiri bir zəngimizlə bizimlə işləməyə qərar vermışdi. Səssiz, səmirsiz. “Simsar”la əməkdaşlığa başlayandan bu günə kimi sadə gülüşü, mehribanlığı və səssiz gəlişi ilə hamıdan fərqlənirdi. Çox sadiq insan olmaqla yanaşı eyni zamanda həssas biri idi. Deyirdi ki, “Simsar” mənim ən çox razı qaldığım iş yeridir. Buradakı kollektivçilik, səmimiyyət məni özünə daha çox bağlayır. İşə gələrkən əməkdaşlara ağsaqqal qayğısı ilə yanaşar gənclərdən öz məsləhətlərini əsirgəməzdi. Ona Əjdər müəllim deyəndə, səmimiyyətlə, “nə müəllim?”, “elə sadəcə Əjdər desəniz yetər” deyirdi. Son aylar şiddətlənən amansız xəstəlikdən dolayı işə-gec-gec gəlirdi. Qərara gəldik ki, onu müalicə üçün İrana göndərək ancaq qəbul etmədi burada müalicə alacağını söylədi. “Öz həkimim var, onlarla məsləhətləşirəm”- dedi.

Arzularından biri İstanbulu görmək idi. Jurnalımızın işləri ilə bağlı belə bir səfər ortaya çıxdı. Getməyi çox istəyirdi, eyni zamanda müalicə alırdı. Təkidlə qal müalicəni davam etdir dedikdə isə “Mən daha yaxşıyam, narahat olmayın”-dedi. İstanbula yola düşdük. Uşaq kimi sevinirdi. “Çoxdandır İstanbulu görmək istəyirəm, nə yaxşı ki, bu səfər çıxdı”.

İş görüşmələrindən sonra boş qalan zamanlarda onunla İstanbulu dolaşdıq. Ayasofya, Sultan Əhməd Camisi, Topqapı sarayı, Taksim Meydanı və başqa yerləri gəzdik. Gəzdiyimiz yerlərdə Əjdərin fotogörüntülərini də çəkdim. Amma hardan biləydim ki, bu çəkdiyim fotolar böyük fotoqrafın son görüntüləri olacaq...

Səhhətindəki ağırlaşmadan dolayı təcili geriyə - Bakıya qayıtmalı oldu. Otelin liftində kədərli şəkildə:
-Məni bağışlayın. Sizi əziyyətə saldım. Gərək gəlməzdim, çox utanıram.
-Elə demə, bax gəlib İstanbulu gördün, nəyi pisdi ki, inşallah, qayıdan kimi müalicəni ciddi şəkildə davam elətdirərsən. Hələ qarşıda çox səfərlərimiz olacaq. Belə şeyləri də düşünmə...

Düşünmədim ki, nəinki çəkdiyim şəkillər hətta bu söhbətimiz belə onunla son söhbətimiz olacaq. Ölümün bizə bu qədər yaxın olduğunu Bakıya qayıdanda və elə həmin gün Əjdərin ölüm xəbərini eşidəndə bildim. Bədənimdən soyuq bir sızıltı keçdi...

Qismətdə birgə reportajlara getməkdən, bir yerdə çalışmaqdan, tərs zamanlarda bir-birimizə təsəlli verməkdən başqa onu son mənzilə yola salmaq da varmış...

...Sadiq insan, imtahan adlanan bu dünyadan əlini üzüb, əbədiyyətə qovuşarkən arxandan iki qızının ürək dağlayan hönkürtsünü, ömür-gün yoldaşının göz yaşlarını, bir də Azərbaycan mətbuatının təəssüf dolu, “ah”ını buraxdın...






3 Aprel, 2012  17:03 Baxılıb: 1361 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner