Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda rekord temperatur göstəricisi qeydə alınıb

Sabah hava yağmursuz olacaq

Aprelin 2-də Bakıda 2008-ci il aprelin 2-nin sutkalıq rekord göstəricisi yenilənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən çərşənbə günü Simsar.az-a verilən məlumata görə, aprelin 2-də Bakıda orta sutkalıq temperatur iqlim normasından 8,5 dərəcə yuxarı, maksimal temperatur isə Bakıda 25,5 dərəcə təşkil edib. Bununla da 2008-ci il aprelin 2-də olan ( 23,5 dərəcə) sutkalıq rekord göstərici yenilənib.

Aprelin 4-də isə Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam yarımadanın bəzi yerlərində zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-9,, gündüz 12-16 dərəcə isti olacaq.

Yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 18-23, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq.






3 Aprel, 2012  16:20 Baxılıb: 1063 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner