Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İŞ ELANLARI VƏTƏNDAŞLARI HARA APARIR? - ARAŞDIRMA

İş axtaranlar küllü miqdarda ziyana düşürlər

Müxtəlif qəzetlərdə, nəqliyyat vasitələrində “Təcili işçi tələb olunur!”, “İşçi axtarılır!”, “Ali təhsilli şəxsləri, beynəxalq şirkətdə işə dəvət edirik!” kimi elanlar verilir ki, bu da iş axtaran bir sıra vətəndaşın aldanması ilə sona yetir. Nəticədə insanlar nəinki iş tapmır, əksinə xərcə düşürlər. Belə ki, müqavilə adlanan hansısa bir sənədi imzaladıqdan dərhal sonra iş axtaran şəxslərdən pul tələb olunur. Müxtəlif şirkətlərdə bu pulun məbləği müxtəlif olur - 10, 20, 30 manat və s.

Problemi araşdırmaq məqsədilə qəzetlərdən birində rast gəldiyimiz elanlardan birinin ardınca getdik. «Ali təhsili şəxsləri işə dəvət edirik!» başlıqlı elanın ardınca qeyd olunmuşdu ki, müəllimlərə, həkimlərə xüsusi önəm verilir. Təklif olunan işlərə gəlincə, elanda sadəcə sənəd işi, inspektor vəzifəsi yazılmışdı. Öncə telefonla zəng edib, şirkətin nə işlə məşğul olduğu ilə maraqlandıq. “Qida məhsullarının istehsalı” cavabı verilsə də, burada hansı ərzaq məhsulunun hazırlandığı məlum olmadı. Ünvanı götürüb, həmin «şirkət» ə üz tutduq.
Şirkətin qarşısında sadəcə «ofis» sözü yazılmışdı. Yaxınlıqda dayanan iki oğlan «iş axtarırsız?» - deyə soruşaraq, bizə yolu göstərdi.

Ofis adamla dolu idi. Aralarında yaşlı da, cavan da, qadın da, kişi də var idi. Hamısı demək olar ki, bekar dayanıb, gələn-gedəni izləyirdi. Kimə müraciət edəcəyimizi soruşduqda, bizə 20-22 yaşlı gənc qızı göstərdilər. O, bizi işin şərtləri ilə tanış etdi. Bacarığımızı, savadımızı yoxlamadan dərhal işə götürüldüyümüzü bildirdi. Məlum oldu ki, bir həftə mühazirə dinləyəndən sonra işə başlayacağıq, işimiz isə elə işə adam götürməkdən ibarət olacaq.

Yenə də şirkətin nə ilə məşğul olduğunu soruşduq. Suallarımız cavabsız qaldı.
Bunun əvəzinə bildirildi ki, şirkətin əsası uzaq Asiya ölkələrindən birində qoyulub, dünyanın bir çox ölkələrində filialları var. Təkcə Bakıda şirkətin 7 filialı fəaliyyət göstərir. Belə başa düşdük ki, bu şirkətin işi-gücü elə işə adam götürməkdən ibarətdir.

Əmək haqqının gəlincə, bu mərhələli şəkildə təyin olunur. I dərəcəyə görə 250-300, II dərəcəyə görə, 400-500, III dərəcəyə görə 600-700 manat verilir. Beş dərəcənin olduğu deyilsə, digər dərəcələrin maaşları açıqlanmadı.
Qeyd olundu ki, müqavilə imzalanandan sonra, kart veriləcək, əmək haqqı isə kartla bankdan alınacaq. Tam normal iş yerlərində olduğu kimi. Və sonda dedilər ki, karta görə, 10 manat ödəməliyik. Qeyd edək ki, tək bir gün ərzində işə düzəlmək üçün həmin ofisə onlarla şəxs müraciət edir.

Hələ fikirləşmək istədiyimizi deyərək, buradan çıxıb, başqa bir şirkətə üz tutduq. Burada da eyni vəziyyətlə rastlaşdıq. Lakin, burda daha acınacaqlı fakt iş axtaran daha yüksək məbləğlərlə aldadılması idi. Dərman satışı ilə məşğul olan şirkətin başlıca tələbi belə idi: “İşə qəbul olunmaq üçün şirkətdən ən azı 300 manatlıq mal götürülməlidir”

Bu şirkətə gələnlərlə söhbətimiz zamanı məlum oldu ki, bura aylarla gəlib-gedən, iş qazanmaq məqsədilə xeyli miqarda pul itirənlər var.

Maraqlısı isə bu cür elanların yayılmasına imkan yaradılmasıdır. Metropalitenin əməkdaşlarından aldığımız məlumata görə, bu elanlar icazəsiz şəkildə vaqonlara yapışdırılır və bunlar səliqəsizliyi ilə digər reklam şitlərindən fərqlənir. Bu işi görənlər əsasən gediş-gəlişin az olduğu axşam saatlarını seçir. Metropalitenin əməkdaşları isə həmin elanları görəndə onları cırıb-çıxarırlar.

Qeyd edək ki, nəqliyyat vasitələrində DİN-nin də bununla bağlı açıqlamasına rast gəlinir, bu tipli reklamların qanunsuz olduğu qeyd olunur və vətəndaşlar aldanmamağa çağırılır.

Bu cür «şəbəkə-marketinq» şirkətlərinin cəzalandırılmasına gəlincə, qeyd edək ki, bir neçə dəfə bununla bağlı məsələ qaldırılıb. Lakin, problem ciddi şəkildə həllini tapmayıb. Əldə etdiyimiz məlumata görə, hansısa şirkətlə bağlı problem yarananda şirkətin rəhbərləri deyil, sənədlərdə imzası olan digər şəxslər məsuliyyətə cəlb olunur.

Xatirə






2 Aprel, 2012  21:36 Baxılıb: 6246 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner