Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mətbuat Şurası Əjdər Nağıyev barədə nekroloq yayıb

“Yüksək zövqün, məsuliyyət hissinin nəticəsi idi ki, müxtəlif jurnallar onu həvəslə əməkdaşlığa dəvət edirdilər”

Mətbuat Şurası fotojurnalist Əjdər Nağıyevin vəfatı ilə bağlı nekroloq yayıb.

Simsar.az saytının məlumatına görə, nekroloqda deyilir ki, Əjdər Cəfər oğlu Nağıyev cəmi 57 il yaşadı, yaradıcılığının daha da çiçəkləndiyi bir vaxtda dünyasını dəyişdi: “Əjdər Nağıyev 1955-ci ildə İsmayıllı rayonunun füsunkar Boydan kəndində dünyaya göz açmışdı. Uşaqlıqdan mehrini foto sənətinə bağlayan Əjdərin müxtəlif mətbu orqanlara ünvanladığı təsvirlərdə əsasən təbiət gözəlliklərinin əks olunması da bu vurğunluqdan qaynaqlanırdı. Lakin mövzu dairəsi get-gedə genişləndi. 1988-ci ildə isə xalqımız azadlıq mücadiləsinə qalxanda təqdim etdiyi nümunələrdə dövrün gerçəklikləri canlandı.

Səmimi insan, peşəkar fotoqraf imicini qazanan Əjdərin duyum dünyası yüksək zövqündən, hadisələrə həssaslıqla yanaşma manerasından xəbər verirdi. Əsas iş yeri “Azadlıq” qəzeti olsa da, onun foto şəkilləri ölkəmizin bir çox mətbu nəşrlərinin səhifələrini bəzəyirdi. Yüksək zövqün, məsuliyyət hissinin nəticəsi idi ki, müxtəlif jurnallar onu həvəslə əməkdaşlığa dəvət edirdilər.

Əjdərin peşəkarlığı iştirakçısı olduğu bütün müsabiqələrdə bir qayda olaraq dəyərləndirilirdi. Onun layiq görüldüyü diplomlar və digər mükafatların zəngin çeşidi yaradıcılıq axtarışlarının uğurlu bəhrələri kimi xatirələrdə qalıb.

O, qısa, lakin mənalı ömür yolu yaşadı. Allah rəhmət eləsin, qəbri nurla dolsun!”






2 Aprel, 2012  21:31 Baxılıb: 1104 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner