Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"20-ci sahə"də qarşıdurma - jurnalistin fotoaparatı sındırılıb

Sakinlər zorla evlərindən çıxarılıb 

Paytaxtda, Şəmsi Bədəlbəyli küçəsi, 20-də söküntü işləri ilə bağlı çəkiliş aparan fotojurnalistlər fiziki təzyiqə məruz qalıblar.

“Turan” agentliyinin məlumatına görə, söküntü işlərini aparmağa gələn şəxslərlə sakinlər arasında qarşıdurma yaranıb. Qarşıdurmanı çəkən “Turan”ın fotomüxbiri Etimad Budaqov və “Azadlıq” radiosunun xanım əməkdaşı Bakı Şəhər İcra Hakimiyyəti katibliyinin rəisi Zülfəli İsmayılovun, onun ətrafında olan 20-yə qədər fəhlənin fiziki zorakılığına məruz qalıb. Etimad Budaqovun fotoaparatı sındırılıb.

Qarşıdurmada sakin Afaq İsmayılovanın səhhəti pisləşib, hadisə yerinə təcili yardım çağırılıb.

Artıq iki ildir Bakının Füzuli və Səmsi Bədəlbəyli küçələrində söküntü işləri gedir. Hökumət burada “Qış bulvarı”nın salındığını bildirir. Sakinlər söküntüləri qanunsuz, onlara verilən kompensasiyaları ədalətsiz sayaraq müqavimət göstərirlər. Rəsmi qurumlar zor tətbiq etməklə adamları evindən çıxarır. Hazırda bu məsələ ilə bağlı 300-ə yaxın sakinin şikayət ərizəsi Avropa İnsan Hüquqları Məhkəməsindədir.






2 Aprel, 2012  21:09 Baxılıb: 990 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner