Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Media Hüququ İnstitutu hüquq mühafizə orqanlarının bəyanatına şərh

“Hər kəsin istədiyi məlumatı almaq, hazırlamaq və yaymaq haqqı var”


Media Hüququ İnstitutu (MHİ)1 mart Quba olaylarıyla bağlı hüquq mühafizə orqanlarının bəyanatlarına münasibət bildirib.

Simsar.az-ın məlumatına görə, MHİ Quba hadisələrinə görə həbs edilən şəxslərin hərəkətlərinə qiymət verərkən Konstitusiyanın 50-ci maddəsinin, eləcədə Avropa İnsan Haqları Konvensiyasının verdiyi hər kəsin istədiyi məlumatı almaq, hazırlamaq və yaymaq haqqına sahib olmasını tövsiyyə edir.

MHİ yada salır ki, bir rayonun yüksək vəzifəli şəxsinin açıq toplantıda nə söylədidikləri ictimai önəmli məlumatdır. Onları hər kəsin bilmək haqqı, eləcədə hər kəsin yaymaq haqqı var. Belə məlumatları hazırlamaq azadlığı haqqı, eləcə də onu redaktə (montaj) etmək, ona əlavələr etmək haqqını da özündə birləşdirir. Bu materialları yaymaq azadlığına isə onu həm ənənəvi mediada, həm də yeni mediada, habelə sosial şəbəkələrdə yaymaq azadlığı da daxildir.

MHİ diqqəti ona cəlb edir ki, bu video görüntülərdə hüquq pozuntusu kimi qiymətləndirilə biləcək hər hansı təhrif, əlavə şərh və çağırışlar olmayıb. Qubada insanların etiraz etmək hüquqlarını gerçəkləşdirmələrində hər hansı qanunsuzluq olmadığı bəllidir. Hətta etiraz aksiyalarına açıq çağırışlar olduğu səbəbindən belə hər hansı ifadənin qanunsuz sayılması ifadə azadlığı hüququnun pozulması olacaqdır. Quba olaylarında yeganə qanunsuz sayıla biləcək məsələ əmlaka zərər vurulması və bəzi şəxslərə xəsarət yetirilməsidir. Yayılmış videomateriallarla həmin hadisələr arasında isə birbaşa səbəbli əlaqə olduğu real və ağlabatan görünmür.

Qeyd edək ki, bir neçə gün öncə hüquq mühafizə orqanları 1 mart 2012-ci il tarixdə Quba şəhərində baş verən olayların araşdırması ilə bağlı bəyanat yayıblar. İstintaq qurumlarının açıqladığı bəyanatdan bəlli olur ki, Qubadakı Xəyal TV-nin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri təqsirləndirilirlər. MHİ təəssüf edir ki, Baş Prokurorluq hər iki şəxsin 2 həftədən çox qanunsuz olaraq DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi binasının zirzəmisində saxlanması, onların yaxın adamlarına uzun müddət bu barədə məlumat verilməməsi faktlarını, jurnalistlərin ailələrinin təyin etdikləri vəkillə vaxtında görüşünə imkan verilməməsiylə bağlı sualları şərhsiz qoyub.

RAMİL






2 Aprel, 2012  17:26 Baxılıb: 1202 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner