Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ÇƏKİLMİŞ ƏTƏ KARTOF QABIĞI, QATIĞA İSƏ SELOFAN QATILIR

Eyyüb Hüseynov istehlakçıları diqqətli olmağa çağırır 


Son vaxtlar yarımfabrikat mallarının keyfiyyətsiz olması hallarına tez-tez rast gəlinir. İqtisadi İnkişaf Nazirliyi tərəfindən aparılan monitorinqlər zamanı Bakıda, eləcə də bir sıra rayonlardakı müxtəlif mağazalarda bu cür məhsullar aşkar edilib və satışdan çıxarılıblar. Bir neçə şirkət və mağazaların rəhbərləri bununla bağlı cərimələnib və xəbərdarlıq alıb. Buna qədər həmin məhsullarından nə qədər insanının əziyyət çəkdiyi, zəhərləndiyi isə açıqlanmır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Simsar.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə bu cür məhsullardan az istifadə etmək lazımdır. Onun sözlərinə görə, bəzi yarımfabrikatlarda arzuolunmaz qatqılar olur: «Farş edilmiş ətin qiymtəinin nisbətən ucuz olması da bununla bağlıdır. Bu cür ətin içərisinə bəzən heyvanın dili, dərisi, kartof, kartof qabığı və s. qatqılar qatılır. Əti mağazada çəkdirərəkən də ehtiyyatlı olmaq lazımdır. Çünki, ət maşınlarının içərisində köhnə ət qalııqları olur. Maşına təzə ət atılsa da, buradakı köhnə ət də ona qatışır. Ona görə də əti çəkdirərkən alıcı ət atılmazdan əvvəl maşının bir qədər boş işlədilməsini tələb etməlidir».
E.Hüseynovun sözlərinə görə, farşdan hazırlanan düşbərə, kotilet kimi məhsulların içərisində də arzuolunmaz qatqılar olur. Bununla yanaşı o, bu cür məhsulların içəisində keyyfiyyətlilərinin, ev şəraitində hazırlananların da olduğunu istisna etmədi.
Süd və süd məhsullarına gəlincə, hüquq müdafiəçisi qeyd etdi ki, hansısa bir şirkət tanındıqdan sonra, bu şirkətin adı altında saxta məhsullar satışa çıxarılır. Bəzən qatığın yağlı görüşməsi üçün selofanı əridib, onun içərisinə qatırlar. Qaymaq adı altında isə xama istehlakçılara «sıranır».
E.Hüseynov istehlakçıları diqqətli olmağa, hər hansı bir məhsulu alarkən, onun istifadə müddətinə, hansı şirkətə aid olması, içində hansı qatqılar olması haqqında məlumatlara diqqətlə yanaşmağı tövsiyə etdi.

Xatirə






2 Aprel, 2012  17:07 Baxılıb: 1135 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner