Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“GÜLÜŞ GÜNÜ”, YOXSA “AXMAQLAR GÜNÜ”?

Bu günün tarixçəsi ilə bağlı bir sıra rəvayət var

Hər ilin aprel ayı gülüş günü ilə başalyır. 1 aprel “Gülüş günü” dünyanın bir çox ölkəsində, eləcə də Azərbaycanda da qeyd olunur. Bəzi ölkələrdə “Axmaqlar günü” adlandırılan 1 aprelin yaranmasını Qədim Roma ilə əlaqələndirirlər. Lakin, vurğulanır ki, Qədim Romada “Gülüş günü” martın 31-də qeyd olunurdu.

Bayramın tarixçəsi ilə bağlı başqa bir rəvayət isə belədir:
XV əsrin sonlarında xaçlı ordusu Əndəlüs müsəlmanlarının son qalasını mühasirəyə alır. Uzun müddətli savaş qışın soyuğunun da yardımı ilə uzanır və müsəlmanlar qəhrəmancasına savaşırlar. Nəhayət xaçlı ordusunun komandanı hiyləyə əl atır. 31 mart gecəsi qalanın önünə gələrək, bir əlində Quran, digər əlinə də İncil alaraq, “bu iki kitaba and içirəm ki, təslim olsanız, bu axşam sizə heç bir şey etməyəcəyəm” deyir. Gərgin müzakirələrdən sonra canlarının xilas edilməsi müqabilində müsəlmanlar qalanı xaçlılara təslim edirlər. Səhər, yəni 1 apreldə xristian komandir bütün müsəlmanların öldürülməsi əmrini verir. Ona verdiyi sözü xatırladan müsəlmanlara cavabında isə deyir ki, “mən dünən axşam üçün söz vermişdim, bu gün üçün deyil”. O gündən bəri 1 aprel xristianlar arasında “Hiylə- aldatma” günü kimi qeyd olunur.

Başqa bir rəvayətə görə isə bayramın “Axmaqlar günü” kimi qeyd olunmasına səbəb Fransa kralının yeni ilin qeyd olunduğu tarixi dəyişməsi olub. Belə ki, Fransa kralı IX Karl 1564-cü ildə yeni ilin yanvarın 1-i qeyd olunması barədə qərar verib. Lakin kralın bu qərarı ölkənin hər tərəfinə yayılmadı. Bu qərarı eşidnələr isə etiraz etmək məqsədilə əvvəlki adətlərinə davam etdilər və aprelin 1-də şənliklər təşkil etdilər. Aprelin 1-də şənlik keçirməyənlər isə onlara 1 aprel axmaqları adını verdi.

Rusiyada 1 aprelin qeyd olunmasının da özünənməxsus tarixçəsi var. Belə ki, bir dəfə Peterburq əhalisi səhər tezdən yanğından xəbər verən həyəcan siqnalının səsinə yuxudan oyanıb. Amma yanğın siqnalı yalandan verilib və həmin gün 1 aprelə təsadüf edib. Bundan sonra Rusiyada 1 aprel günü zarafat günü kimi qəbul edilib.

“Gülüş günü”nün Azərbaycanda qeyd olunmağa başlaması isə sovet dövrünə təsadüf edir.
Hazırda dünya əhalisinin 70 faizi 1 apreli gülüş günü kimi qeyd edir, dost-tanışla zarafatlaşır.






1 Aprel, 2012  15:22 Baxılıb: 1961 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner