Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

NECƏ YAŞAYIRSAN, ALİM? - SORĞU

Elm adamlarının aylıq maaşı 300, təqaüdü isə 140 manatdı

Simsar.az saytı elm xadimlərinin sosial durumunu öyrənmək üçün alimlər arasında sorğu keçirib.

Sorğumuzun ilk iştirakçısı millət vəkili, akademik İsa Həbibbəylidir.

O, alimlərin sosial durumunun yaxşılaşdırılması üçün görülən işlərdən danışıb: «Elm xadimlərinin sosial rifahının yüksəldilməsi üçün dövlət tərəfindən bir sıra addımlar atılıb. Məsələn, Naxçıvanda dövlət ali məktəblərində dərs deyən alimlərə şərait yaradılıb ki, özəl ali məktəblərdə də dərs desinlər. Bundan başqa alimlər üçün elmi qrantlar da ayrılır. Həmin layihələrdə iştirak etmək mümkündür. Əgər alimin savadı, bacarığı, fəallığı varsa, yaxşı dolanacaq. Onların maaşları bir neçə dəfə artırılıb. Mən bilirəm ki, bundan sonra da dövlət büdcəsindən elmi adamlarının maaşlarının artırılması üçün müəyyən addımlar atılacaq».

Şərqşünas alim Əliyar Səfərli hesab edir ki, xarici ölkələrlə müqayisədə Azərbaycanda alimlərin sosial durumu qənaətbəxş deyil: «Bizdə maaşlar aşağıdır. Elmə, alimlərə diqqət yoxdur. Dövlət tərəfindən alimlərin istirahət, mənzil, avtomobil və s. prolblemlərinin həlli istiqamətində heç bir addım atılmayıb. Başqa sahələrə diqqət var. Amma elm sahəsinə diqqət yoxdur. Əməkhaqqı aşağıdır. Orta hesabla alimlər 250-300 manat maaş alırlar. Gerçəklik budur. Bu maaşla alimlərin necə yaşadıqlarını təsəvvür etmək çətin deyil».

Professor Firudin Cəlilov alimlərin sosial durumunun acınacaqlı olduğunu dedi: «Mən bir alim kimi cəmi 140 manat təqaüd alıram. Təsəvvür edirsiz, bu nə deməkdi? Təhsl naziri postundan gedəndən bəri mənə heç bir ali məktəbdə iş vermirlər».

Professor Cəmil Həsənli alimlərin vəziyyətinin acınacaqlı olduğunu bildirib: «Akademiya sistemində polis alimdən çox maaş alır. Özü də rütbəli polis yox, adi polis nəfəri. Alimin sosial durumu belədir».
C.Həsənli əlavə etdi ki, bu gün heç də bütün alimlər qrant ala bilmirlər: «Alimlərin çox kiçik hissəsi qrant alır. Alimlərin ali məktəblərdə dərs demələrinə gəlincə, onların heç də hamısı ştatlı işçi deyillər. Siz bilirsiniz, alimin bir saat dərs deməsinin qiyməti nə qədərdi? 2 manat. Üstəgəl, alimlər 250 saatdan artıq dərs deyə bilməzlər. Yəni elm adamları dərs deməklə maksimum 500 manat ala bilərlər. Bu gün 500 manat məvacib yaşamaq üçün kifayət etmir. Alimin əməyinə uyğun əməkhaqqı verilməlidir».

Hüquq elmləri doktoru Qulamhüseyn Əlibəyli alimlərin maaşlarının aşağı olduğunu söylədi: «Təbii ki, alimlərin sosial durumu qənaətbəxş deyil. Təkcə alimlərin deyil, təhsil, səhiyyə işçilərinin də maaşları aşağıdır. Büdcədən sosialyönümlü sahələrə vəsaitlər ayrılır. Amma alimlər yaddan çıxır. Hesab edirəm ki, alimlər daim dövlətin diqqət mərkəzində olmalıdılar».



Ruslan XƏLİL






31 Mart, 2012  14:49 Baxılıb: 1295 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner