Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“DƏNİZ SƏVİYYƏSİNİN QALXMASI SÜRÜŞMƏ RİSKİNİ ARTIRIR” - AÇIQLAMA

Telman Zeynalov: «İnsanlar öz evlərini daha təhlükəsiz yerlərdə tikməlidirlər»

Son vaxtlar müşahidəçilər Xəzər dənizinin səviyyəsinin artdığını bildirirlər. Ekspertlər sürüşmə və zəlzələlərin aktiv olduğu bir dövrdə bunun bəzi fəsadlara səbəb ola biləcəyini düşünürlər.

Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Simsar.az-a açıqlamasında bildirib ki, Xəzərin səviyyəsinin artması dəniz sahilli ölkələrdə yağıntının miqdarının çox olması ilə bağlıdır: «Bu il Azərbaycanda, o cümlədən Rusiya, Qazaxıstan və digər ölkələrdə yağıntının miqdarı əvvəlki illərlə müqayisədə xeyli artıq olub, bunun nəticəsində dənizə tökülən çayların suyunun miqdarında dəyişiklik olub. Müşahidəçilərə görə, bu il dənizə tökülən çayların miqdarı 1/3 dəfə artıq olub».

Ekoloqun sözlərinə görə, iqlim şəraiti dəyişdiyinə görə, qarşıdakı 5 il ərzində yağıntının çox olması və dəniz səviyyəsinin artmasının davam edəcəyi gözlənilir. O, bununla yanaşı qeyd etdi ki, bəzən dənizin səviyyəsinin qalxması iqdim şəraitində asılı olmur: «Son 20 ildə istiləşmə prosesi gedirdi, yağıntıların miqdarı az idi, amma bu zaman da dəniz səviyyəsinin artması prosesi gedirdi. Bu bəzən spesifik xüsusiyyətlərdən asılı olur». O, həmçinin bunun tektonik proseslərdən - dənizin qalxıb -enməsndən asılı olduğunu söylədi.
T.Zeynalovun sözlərinə görə, «Xəzər dənizinin qalxması və dənizə yaxın ərazilərdə sürüşmələri nəzərə alaraq, insanlar öz evlərini daha təhlükəsiz yerlərdə tikməlidirlər. Dəniz səviyyəsinin qalxması qurunt sularına da təsir edir. Bu da, nəticədə, sürüşmə riskini artırır» .  

Bakıda tikilən evlərin keyfiyyətinə toxunan T.Zeynalov son vaxtlar Fövqaladə Hallar Nazirliyinin bu məsələni diqqətdə saxlamasını təqdir etdiyini dedi. O, Nazirliyin təxminən 900 binanın standartlara uyğun olmadığını açıqladığını xatırlatdı: «Bu çox böyük rəqəmdir. Bundan başqa kommunikasiya xətləri qurulmayan ərazilərdə evlər tikilir ki, bu da sürüşməyə səbəb olur»

Xatirə






30 Mart, 2012  21:43 Baxılıb: 1476 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner