Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

31 Mart soyqırımı bir sıra ölkədə qeyd olunacaq

Bir neçə ölkədə hazırlıqlar başlanılıb 

31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə dünyanın bir sıra ölkələrində Azərbaycan diasporunun təşkilatçılığı ilə müxtəlif tədbirlər, soyqırımı qurbanlarının anım mərasimləri, sərgi və konfranslar keçiriləcək. Bu barədə Simsar.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq, Murmansk və digər şəhərlərində Ümumrusiya Azərbaycanlıları Konqresi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının və digər Azərbaycan təşkilatlarının təşəbbüsü ilə keçiriləcək tədbirlərdə 1918-ci ilin mart-aprel aylarında erməni millətçiləri və daşnak qrupları tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər barədə fakt və sənədlərə əsaslanan məlumatlar veriləcək, soydaşlarımız dünya ictimaiyyətinin bu cinayətə hüquqi qiymət verməyə səsləyəcəklər. 1918-ci il 31 mart soyqırımı qurbanlarının xatirəsi Ukrayna, Belarus, Latviya, Litva, Estoniya, Gürcüstan, Qazaxıstanda yaşayan soydaşlarımız tərəfindən də yad ediləcək. 

Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Gürcüstan Azərbaycanlıları Konqresi və bir sıra gənclər təşkilatları tərəfindən 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş bir neçə tədbir keçiriləcək.
Martın 31-də Qazaxıstanın Astana şəhərində “Qazaxıstanın Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı”nın təşkilatçılığı ilə Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbirdə rus, tatar, ukrayna, belorus, polyak, Koreya, alman, özbək, türk, mədəniyyət mərkəzlərinin rəhbərləri, görkəmli ictimai xadimlər, J.Jakupov adına Beynəlxalq Hüquq müdafiə mərkəzinin rəhbəri, Azərbaycan, Gürcüstan, Özbəkistan, Qırğızıstan və digər səfirliklərin nümayəndələri, eləcə də KİV təmsilçiləri iştirak edəcəklər.
Tarixçi alimlərin, universitet müəllimlərinin iştirakı ilə İstanbul Türkiyə Azərbaycan Dərnəyi tərəfindən tədbir təşkil olunacaq.
Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyəti 31 mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı Dubay Əmirliyinin Mərkəzi Kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla ilə görüşəcək. Görüş zamanı kitabxanaya 31 mart hadisələrindən bəhs edən ərəb dilində kitablar, çoxlu sayda sənəd, material və fotoşəkillər təqdim olunacaq.

Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anım tədbirləri, konfrans və dəyirmi masalar Avropanın bir sıra ölkələrində - Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Belçika, Niderland və İsveçdə, ABŞ və Kanada da keçiriləcək.

Aprel ayının 1-də Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anım mərasimi baş tutacaq.






30 Mart, 2012  20:48 Baxılıb: 999 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner