Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Xural” qəzeti ilə bağlı Avropa Məhkəməsinə şikayət olundu

Qəzeti Media Hüququ İnstitutunun hüquqşünasları müdafiə edir

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin “Xural” qəzetinə qarşı iddiası üzrə Azərbaycan məhkəmələrinin çıxardığı qərarlardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib. Məlumat Simsar.az saytına Media Hüququ İnstitutundan verilib. Qəzetin hüquqlarını bu institutun vəkil və hüquqçuları müdafiə edir.

Vüqar Səfərli “Xural”ı 2010-cu ildə məhkəməyə verib. O, qəzetdə özü barəsində yazılmış ifadələrdən şikayətçi olub, məhkəmə iddiasında qəzetin üzr istəməsini, təkzib verməsini, mənəvi zərərə görə, 10 min manat təzminat ödəməsini tələb edib.

İddiaya baxan Nərimanov Rayon Məhkəməsi qəzetin 500 manat cərimələnməsi, Vüqar Səfərli haqqında yazılan ifadələrə görə ondan üzr istənməsi haqda qərar çıxarıb. Qərarla razılaşmayan iddiaçının şikayətinə apellyasiya instansiyasında baxılıb, cərimənin məbləği 5000 manata qaldırılıb. Apellyasiya instansiyası, daha sonra Ali Məhkəmə “Xural”ın şikayətlərini rədd edib.

2011-ci ilin oktyabrında Əvəz Zeynallı saxlanılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. Baş redaktor haqqında Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

2002-ci ildə yaradılan “Xural” qəzeti 2011-ci ilin oktyabrından nəşrini dayandırıb.

RAMİL






29 Mart, 2012  18:58 Baxılıb: 1126 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner