Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Təhsil nazirinin müavini: "Diplomlar saxta deyil"

Təhsil Nazirliyindən TQDK-nın iddiasına cavab gəldi

“Qara siyahı”ya salınan diplomları kim hansı rəngdə görür, bilmirəm, amma həmin diplomlar saxta deyil”. Simsar.az-ın xəbərinə görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov deyib. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin Azərbaycanda 22 mindən çox saxta diplomun olması barədə açıqlamasına münasibət bildirən nazir müavini bunları deyib: “TQDK özü də bilir ki, xarici ölkələrin, başqa yerlərin universitetlərindən köçürmələr var. Əgər Türkiyədə təhsil alan adam ailə vəziyyəti və ya başqa səbəbdən Azərbaycan ali məktəbinə köçürülüb və TQDK-nın imtahanında iştirak etməyibsə, həmin şəxsin diplomunu qara rəngdə görməyi başa düşə bilmirəm. Başqa bir məsələni də demək istəyirəm, 2004-cü ilə kimi Azərbaycanda özəl ali məktəblər də tələbə qəbulu həyata keçirirdilər”.

Q. Novruzov daha sonra bildirib ki, saxta kimi təqdim edilən diplomların hamısı qanuni diplomlardır və onlar Təhsil Nazirliyi tərəfindən verilib.






29 Mart, 2012  15:59 Baxılıb: 1326 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner