Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İlin uşaq adı: "Yusif"

Ən populya adlar peyğəmbər və imam adlarıdır

Azərbaycanda bu il doğulan oğlan uşaqlarına qoyulan ən populyar adlar peyğəmbər və imam adları olub.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu il yeni doğulan oğlan uşaqlarına qoyulan ən populyar ad Yusifdir. Bu il 146 oğlan uşağına Yusif adı qoyulub. Yusif adı 2011-ci ildə 4011, 2010-cu ildə 2956 oğlan uşağına verilib.

Sonrakı sırada Hüseyn (134), Əli (122), Məhəmməd (88), Ömər (74) adları yer alır.

İlk onluqda sonrakı sırada Murad (66), Ayxan (66), Fərid (52), Tunar (50) və Nihat (46) adlarıdır. Bu il oğlan uşaqlarına verilən ən populyar adlar sırasında sonuncu yerlərdə Ülvi, Sübhan, Vaqif, Vüsal, Ruslan, Malik, Azər və Röyal adları dayanır.

Bu il doğulan qız uşaqlarına verilən ən populyar ad Nuray olub. Bu il 142 qız uşağına bu ad qoyulub. Nuray adı ötən il 3497, 2010-cu ildə isə 3010 qız uşağına verilib.

Ən populyar qız adları sırasında Zəhra (128), Fatimə (118), Ayan (98), Fidan (66), Leyla (62), Zeynəb (59), Xədicə (55), Nəzrin (50) adlarıdır.

Ən populyar qız adları sırasında sonuncu yerlərdə Jalə, Aygün, Sona, Nazlı, Arzu və Pəri adları gəlir.






29 Mart, 2012  15:16 Baxılıb: 2301 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner