Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

22 MİN 332 SAXTA DİPLOM – MƏSULİYYƏTİ KİM DAŞIYIR?

Əjdər Ağayev: «Məsuliyyət daşıyan şəxslər cəzalandırılmalıdır»

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) saxta diplomu olan şəxslərin sayını açıqlayıb. TQDK sədri Məleykə Abbaszadə bildirib ki, 1992-2011-ci illər ərzində 22 332 nəfər TQDK-nın "qara baza"sına düşsə də, onların əlində diplom var.
Saxta diplom qalmaqalı artıq uzun illərdir ki, davam edir. Bu problem üzündən işdən çıxarılanlar da çox olub.


Təhsil Şurasının sədri Əjdər Ağayev Simsar.az-a açıqlamasında bu rəqəmin doğru olduğuna şübhə etdiyini bildirib: «Bu inanılmaz rəqəmdir. Əgər bu cür faktlar varsa, bu müzakirə olunası məsələ deyil. Faktlar toplanaraq, əlaqədar qurumlara müraciət olunmalı, müvafiq tədbirlər görülməli, bu işdə məsuliyyət daşıyan şəxslər cəzalandırılmalıdır».

Məsələ ilə bağlı Təhsil Nazirliyinin də mövqeyini öyrənmək istəsək də, gün ərzində Nazirliyin yetgililəri ilə əlaqə saxlaya bilmədik. Demək olar ki, nazirliyin binasında suallarımızı cavablandıracaq bir nəfər də olsun səlahiyyətli şəxs tapa bilmədik.

Təhsil naziri Misir Mərdanov daha öncə mətbuata açıqlamasında bildirib ki, saxta diplomların əksəriyyəti müstəqilliyin ilk illlərində siyasi dayanıqsızlığın olmadığı bir vaxtda verilib. Nazir həmçinin bildirib ki, yaradılacaq diplom informasiya bazası idarə və təşkilatlara işçi qəbulunda yardımçı olacaq.


Bir qədər əvvəl nazirin mətbuata verdiyi açıqlamaya görə, Nazirliyin apardığı araşdırmanın nəticəsində 300-dən artıq saxta diplom aşkarlanıb və müvafiq orqanlara təqdim edilib. Həmçının M. Mərdanov saxta diplomların aşkarlanması işinin davamlı olacağının qeyd edib. Nazirin sözlərinə görə, Təhsil Nazirliyi təhsil şöbələrinə lisenziyası olmayan, saxta diplomla işləyən müəllimlərin işdən azad edilməsi barədə tapşırıq verib.

Lakin gələn ildən bu problemin öz həllini tapacağına ümid edilir. Belə ki, həm TQDK sədri M. Abbaszadə, həm də təhsil naziri M.Mərdanov hesab edir ki, «Tələbə-məzun dövlət elektron məlumat sistemi»nın yaradılması saxta diplomların verilməsini faktlarının qarşısını alacaq. Ali məktəblərə daxil olan şəxslərin adlarının bu bazada yerləşdiriləcək və işə götürən şəxslər diplomların doğru olub-olmadığını buradan dəqiqləşdirə biləcəklər.

Xatirə






28 Mart, 2012  20:11 Baxılıb: 1572 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner