Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Avronest PA-nın Bakı sessiyasında yeniliklər olacaq

Qurum ilk dəfə elektron səsvermədən istifadə ediləcək

Avronest Parlament Assambleyasının Bakı sessiyasında bir sıra yeniliklər tətbiq olunacaq.

Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov Trend-ə bildirib ki, ilk dəfə olaraq qurumun Bakı sessiya zamanı elektron səsvermədən istifadə ediləcək.

Onun sözlərinə görə, bunun üçün səsvermədə iştirak edəcək Avropa parlamentariləri və Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndə heyətlərinin üzvləri xüsusi kartlarla təmin ediləcəklər.

Süleymanov deyib ki, həmçinin Avronest PA-nın Bakı sessiyasına həsr olunmuş internet saytı fəaliyyət göstərəcək.

Onun sözlərinə görə, 2 apreldə Avronest PA-nın ikinci plenar sessiyası Bakı şəhərində Milli Məclisin binasında öz işinə başlayacaq və sessiya 4 aprelə qədər davam edəcək.

Sessiya zamanı daimi komitələrin və Belarus üzrə İşçi Qrupun iclasları, həmçinin qurumun plenar iclası keçiriləcək. Bakı sessiyası zamanı Komitələr tərəfindən hazırlanmış sənədlərin təklif edilmiş əlavələr və dəyişikliklərlə birlikdə müzakirə edilərək qətnamə şəklində qəbul edilməsi gözlənilir.

Bakı sessiyasında Avronest PA-nın Avropa İttifaqı komponentindən olan 60 nəfərlik heyəti, Şərq Tərəfdaşlığı ölkələri Ukrayna, Gürcüstan, Moldova və Ermənistanın milli nümayəndə heyətləri tam tərkibdə, hər heyətdə 10 nəfər olmaqla iştirak edəcək. Bakı sessiyasında, həmçinin Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle, Polşa senatoru Norbert Obrycki iştirak edəcəklər.






28 Mart, 2012  19:01 Baxılıb: 892 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner