Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycana aid bütün əlyazmaların surəti ölkəmizə gətiriləcək

Bu əlyazmalar vahid mərkəzdə toplanacaq

Xarici ölkələrdəki əlyazma kataloqlarında Azərbaycana aid 12 min əlyazma var. Amma bu, xarici ölkələrdə Azərbaycanla bağlı olan əlyazmaların çox az hissəsidir. Xarici ölkələrdəki əlyazmalar bundan qat-qat çoxdur. Bunu Simsar.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimov bildirib. 

Onun sözlərinə görə, Azərbaycanla bağlı daha çox əlyazma İran və Türkiyədədir. Amma dünyanın elə bir şərq əlyazması kitabxanası yoxdur ki, orada Azərbaycan əlyazmaları olmasın: “Əfqanıstan, Pakistan, Hindistan əlyazmalarını ümumiyyətlə, İran isə böyük hissəsini kataloqlaşdırmayıb. Belə səbəbdən biz bu əlyazmaların dəqiq sayını deyə bilmirik”.

P. Kərimov bildirib ki, Əlyazmalar İnstitutu bütün dünyada olan Azərbaycan əlyazmalarını vahid mərkəzdə toplayacaq: “Belə bir təklif Ərəb Liqası tərəfindən də edilib. Onlar ərəb əlyazmalarının surətlərini bir mərkəzdə toplayırlar. Biz də dünyada olan Azərbaycan əlyazmalarının surətlərinin ölkəyə gətirilməsi işini həyata keçirəcəyik. Artıq bununla bağlı İnstitutda ayrıca bölmə yaradılıb”.






28 Mart, 2012  18:59 Baxılıb: 905 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner