Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Jurnalist AzTV-dən Avropa Məhkəməsinə şikayət etdi

Asəf Quliyev əmək müqaviləsinin pozulmasından gileylənir 

AzTV-də çalışanlarla qısamüddətli (1, 2, 3 aylıq) əmək müqavilələri bağlanması praktikası jurnalistlərin ifadə azadlığı hüququnu məhdudlaşdırır. Belə məhdudlaşdırmaya məruz qalan jurnalist Asəf Quliyev bu gün Avropa Məhkəməsinə şikayət edib. O, 2010-cu ilin iyulunda əmək müqaviləsi uzadılmadığından AzTV-də işdən çıxarılmışdı. Bunu qanunsuz sayıb məhkəməyə müraciət edən jurnalist ölkədaxili məhkəmələrin qərarlarından narazı qalıb.


Jurnalist hesab edir ki, milli məhkəmələrin qərarları onun Azərbaycan qanunvericiliyində, eləcə də Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquq və azadlıqlarına müdaxilə təşkil edib.

Simsar.az-ın məlumatına görə, jurnalistin hüquqlarını Media Hüququ İnstitutunun (MHİ) hüquqçuları müdafiə edib. Hüquqçular hesab edirlər ki, ölkə məhkəmələri A.Quliyevin iddiası üzrə qərarlar verərkən onun Avropa Konvensiyasında təsbit olunmuş ədalətli məhkəmə araşdırması (maddə 6) və ifadə azadlığı (maddə 10) hüququna müdaxilə ediblər. Avropa Məhkəməsindən jurnalistin hüquqlarının pozulmasının tanınması, onun işlə bağlı çəkdiyi xərclərin, habelə ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsinin təmin olunması xahiş edilir.

Avropa Məhkəməsinə təqdim olunan şikayətdə bildirilir ki, A. Quliyev 2006-cı ildən AzTV-də “Uşaq, gənclik və hərbi-vətənpərvərlik” proqramları baş redaksiyasında redaktor vəzifəsində çalışıb. 2005-ci ildə yenidən qurulmasından və cənab Arif Alışanovun sədr təyin olunmasından sonra AzTV-də bütün əvvəlki işçilər işdən azad ediliblər. Həmin dövrdən AzTV-də işçilərlə münasibətlərin müvəqqəti qısamüddətli əmək müqaviləsi əsasında qurulması praktikası tətbiq olunmağa başlayıb.

Belə müqavilələr 2 və ya 3 ay müddəti üçün bağlanır. Hamı üçün eyni məzmunda olan bu müqavilələrə əsasən müqavilənin müddəti bitdikdən sonra AzTV həmin işçilərlə əməkdaşlığı davam etdirib-etdirməməkdə tam sərbəstdir. AzTV rəhbərliyi heç bir səbəb göstərmədən 2 və ya 3 aydan sonra işçi ilə əməkdaşlığı davam etdirməməyə qərar verə, onunla yeni müqavilə bağlamaya bilər. Beləliklə, AzTV-də çalışan bütün jurnalistlərin başı üzərində davamlı olaraq hər 2 və ya 3 aydan bir işini hər hansı bir ciddi əsas olmadan itirmək qorxusu asılıb.

Bu dolaşıq daxili idarəetmə sistemi AzTV rəhbərliyinə özünün bəyəndiyi “sözəbaxan” jurnalistəri həvəsləndirmək, onlara daha çox tapşırıq və qonorar vermək, “sözəbaxmayanları” isə qonorarsız qoymaqla cəzalandırmaq imkanı verib. Jurnalistin Avropa Məhkəməsinə təqdim edilən şikayətində AzTV-də tətbiq olunan bu idarəetmə sistemi dövlətin tam nəzarətində olan yayım qurumunun doğru və balanslı xəbərləməsini şübhə altına alan, jurnalistlərin həm əmək, həm də ifadə azadlığı hüquqlarını pozan hal kimi qiymənləndirilir.

RUSLAN






28 Mart, 2012  18:35 Baxılıb: 1394 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner