Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ziya Məmmədovun oğlu “Yevlax Avtovağzalı” SC-nin keçmiş sahibini məhkəməyə verib

Bəhram Məmmədov “Bizim yol”, “Gündəm xəbər” qəzetlərinin təkzib verməsini tələb edir 

Martın 27-də Yasamal Rayon Məhkəməsində nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun ““Yevlax Avtovağzalı” Səhmdar Cəmiyyətinin keçmiş sahibi Bəhram Məmmədova qarşı iddiasına baxılması başlanılıb.

Bu barədə B.Məmmədov çərşənbə günü Media Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, iddia 147-ci maddə (böhtan) üzrə xüsusi ittiham qaydasında qaldırılıb. İddiaçı B.Məmmədovun cinayət məsuliyyətinə cəlb olunmasını və onun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyir.

İddiaya B.Məmmədovun bu il fevralın 17-də keçirdiyi sonuncu mətbuat konfransı səbəb olub. Belə ki, mətbuat konfransının materialları “Bizim yol”, “Gündəm xəbər” qəzetləri, həmçinin “Olaylar” İnformasiya Agentliyi tərəfindən dərc edilib.

“Həmin məlumatlarda yanlışlığa yol verilib, mən Anar Məmmədovu təhqir etməmişəm, ona böhtan atmamışam. Mənim ona qarşı heç bir iradım yoxdur, yalnız mənə məxsus avtovağzal ərazisinin özümə qaytarılmasını tələb edirəm. Eyni zamanda tələb edirəm ki, qəzetlər təkzib versinlər, çünki mən heç kimi təhqir etməmişəm”, - B.Məmmədov bildirib.

Onun sözlərinə görə, Yasamal Rayon Məhkəməsinin dünənki iclasında işin baxılmaq üçün Səbayel Rayon Məhkəməsinə verilməsi barədə qərar çıxarılıb. Lakin işə baxılmasının vaxtı dəqiqləşdirilməyib.

Münaqişənin mahiyyətinə gəlincə, 1998-ci ildən “Yevlax Avtovağzalı” SC-nin rəhbəri olan B.Məmmədovun əlindən alınmış avtovağzal ərazisi ilə bağlı məhkəmə çəkişmələri 2009-cu ildən davam edir.

Belə ki, 2009-cu ilin martından avtovağzal ərazisi hasara alınıb və ora bir avtobus belə buraxılmayıb. Bu arada hasara alınmış ərazidə ZQAN holdinqin ağır texnikasından istifadə etməklə işlər başlayıb.

* Avtovağzalın və iki hektarlıq ərazinin faktiki sahibi olan B.Məmmədov əliboş qalıb. O, iki dəfə 1 saylı Bakı İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə inşaatı saxlamaq qərarı çıxarıb, lakin buna məhəl qoyulmayıb.

Bakı İqtisad Məhkəməsi 14 iyul 2011-ci ildə işi baxılmaq üçün Şəki İqtisad Məhkəməsinə göndərib. 2011-ci ilin dekabrından Şəki məhkəməsi işə hələ də baxmayıb. B.Məmmədov hesab edir ki, məhkəmə qəsdən işi uzadır, belə ki, “zəbt edilmiş” ərazidə yeni avtovağzalın tikintisi başa çatmaq üzrədir.

“179 dəfə ölkə prezidentinin adına müraciət göndərmişəm, lakin heç bir cavab yoxdur. Hansı instansiyalara müraciət etsəm də, heç kim reaksiya vermir. İşi Avropa Məhkəməsinə qədər aparacağam”, - B.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, 2009-cu ildə Yevlax rayonunun o vaxtki icra başçısı Elmar Vəliyev B.Məmmədova müraciət edərək avtovağzalın səhmlərini ona verməyi təklif edib. Lakin B.Məmmədov E.Vəliyevin təklifindən imtina edib

Mətbuat konfransında vəkil Ailə Eyvazova da iştirak edib. O bildirib ki, B.Məmmədovun hüquqlarını müdafiə etməyə başladığı andan təqiblərə məruz qalıb, bu il fevralın 14-də isə ofisi sökülüb.

Qeyd edək ki, ZQAN holdinq nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.






28 Mart, 2012  18:19 Baxılıb: 1277 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner