Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Əhalinin neft gəlirlərinin yarısı haqqında təsəvvürləri yoxdur"

Maykl L.Ross “The Oil Curse” kitabında bu barədə yazıb 

“Azərbaycan kimi ölkələrin vətəndaşları hökumətlərinin nə qədər pulu olduğunu öyrənsə, nə olardı?” Bu sual Kaliforniya Universitetinin Cənub-Şərqi Asiya Araşdırmaları Mərkəzinin direktoru Maykl L.Rossun kitabında qoyulub. “Turan”ın məlumatına görə, bu yaxınlarda işıq üzü görmüş “The Oil Curse” kitabı ABŞ-da ən çox oxunan kitablardandır.

Bir neçə gün əvvəl Nyu-Yorkda nüfuzlu neft maqnatları və korrupsiya üzrə ekspertlər qarşısında çıxış edən Ross Azərbaycan, Venesuela və digər ölkələrdə neft gəlirlərinin necə xərclənməsinə toxunub: “Azərbaycanda hər il ölkənin illik büdcəsi haqqında parlament müzakirələri təşkil edilir və guya əhaliyə məlumat verilir. Əslində isə əhalinin neft gəlirlərinin yarısı haqqında da təsəvvürü yoxdur. Bu gəlirlər büdcədə əks olunmayıb və ARDNŞ vasitəsilə mənimsənilir. İnsanlar bu barədə heç nə bilmirlər”.

“Turan”ın müxbiri ilə söhbətində analitik neftlə zəngin postsovet respublikaları və Yaxın Şərq ölkələrinin qeyri-demokratik olmaları, qeyri-sabit iqtisadiyyatı və vətəndaş müharibələri ilə fərqləndiyinə diqqət çəkib: “Oradakı hökumətlər şəffaf vergi sistemindən uzaqlaşmağa çalışırlar, belə ki, bu, ictimai nəzarət alətlərindən biridir. Neftdən zənginləşən diktatorlar üçün yollar tikmək və silah almaq uzunmüddətli məqsədləri gerçəkləşdirməkdən daha maraqlıdır”.

Analitik deyib ki, ABŞ neft məsələsində qeyri-sabit dövlətlərdən asılıdır: “Belə ölkələrdə, o cümlədən Azərbaycanda avtoritarizmin səbəbləri neftdir”.

Bəs nə etmək olar? Vəziyyəti necə dəyişmək olar? Analitik hesab edir ki, vəziyyəti dəyişmək üç əsas amildən asılıdır: Qərb ölkələri, ABŞ öz neft mənbələrini müxtəlifləşdirməlidir; Azərbaycan kimi ölkələrdə demokratik islahatlara ciddi dəstək göstərilməlidir; BP və “Shell” kimi iri Qərb şirkətləri investisiyalar, xərclər və gəlirlər haqqında məlumatların açıq olmasını təmin etməlidir.






28 Mart, 2012  18:13 Baxılıb: 1017 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner