Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

22 dərəcə isti olacaq

Martın 29-dan başlayaraq ölkə ərazisində temperatur yüksəlməyə başlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən xəbərə görə, martın 29-da Bakıda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir. Martın 30-da hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında martın 29-da əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi əsəcək, bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Martın 30-31-də əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 7-12 dərəcə şaxta olacağı gözlənilir.






28 Mart, 2012  16:50 Baxılıb: 1096 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner