Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Eldar Mahmudov: "Ötən il 30 cinayətkar dəstə və qrup ifşa olunub"

630 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

"Keçən ildə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan 30-a yaxın transmilli mütəşəkkil cinayətkar dəstə və qrup ifşa olunub, ümumilikdə 630 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb".

Simsar.az-ın məlumatına görə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov “Azərbaycan” qəzetində dərc olunmuş “Milli təhlükəsizliyin keşiyində” başlıqlı məqaləsində belə yazıb.

Nazir bildirib ki, mütəşəkkil transmilli cinayətkarlığın bütün dünya ölkələri, o cümlədən əlverişli geostrateji mövqeyə malik, dinamik inkişaf edən Azərbaycan üçün narahatlıq doğurur.

"Bu məqsədlə ötən il Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı, qeyri-leqal miqrasiya, insan ticarəti, "çirkli pulların yuyulması", kibercinayətlər və mütəşəkkil cinayətkarlıqla bağlı digər sahələrdə mübarizə ardıcıl davam etdirilmişdir", o deyib.
Onun sözlərinə görə, öÖtən müddətdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan 30-a yaxın transmilli mütəşəkkil cinayətkar dəstə və qrup ifşa olunmuş, ümumilikdə 630 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır.
Həmin narkotik vasitələrdən 353 kiloqramı Rusiya, Ukrayna və Tükiyədən olan tərəfdaşlarla birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsadirə olunmuşdur.
Faktlarla bağlı 40 cinayət işi başlanmış, Azərbaycan, Ukrayna, Rusiya, İran və Gürcüstan vətəndaşlarından ibarət 137 nəfər istintaqa cəlb olunmuşdur.
Mahmudov bildirib ki, qaçaqmalçılıqla mübarizə tədbirləri çərçivəsində təyinatına görə nüvə sənayesində istifadə edilən avadanlığın qaçaqmalçılığı ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar dəstə də zərərsizləşdirilmişdir.
Eləcə də dərman və dərman preparatlarının, külli miqdarda qiymətli daş-qaşın və qızıl məmulatlarının, spirtli içkilərin, radioaktiv və zəhərləyici maddələrin qaçaqmalçılığının qarşısı alınmış, ümumilikdə bu faktlar üzrə 8 cinayət işi başlanmış, 16 nəfər məsuliyyətə cəlb olunmuşdur.
O deyib ki, insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan vətəndaşları olan qadınların cinsi istismar məqsədilə xarici ölkələrə göndərilməsinin qarşısı alınmış, faktla bağlı cinayət işi başlanmışdır. Milli Təhlükəsizlik Nazirliyinin materialları əsasında Baş Prokurorluq tərəfindən "İnsan orqanlarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə" maddəsi ilə başlanmış cinayət işi üzrə 2 nəfər Azərbaycan vətəndaşı məsuliyyətə cəlb olunmuşdur.
Həmçinin 2011-ci il ərzində Gədəbəy Qızıl-mis Emalı Zavodundan xam qızılın oğurlanması ilə məşğul olan Azərbaycan vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar dəstə ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilmişdir.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində kompyuter informasiyasına qanunsuz daxil olaraq müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanmasında təqsirli bilinən mütəşəkkil dəstə yaxalanmışdır.
Bundan başqa, saxta sənədlər, o cümlədən saxta qiymətli kağızlar hazırlama, nəzarətdənkənar beynəlxalq rabitə xidmətinin təşkili, külli miqdarda vergi ödənişlərindən yayınma, insanların etibarını qazanmaqla külli miqdarda pul vəsaitini mənimsəmə və digər cinayətlər üzrə 27 cinayət işi başlanmışdır.






28 Mart, 2012  15:19 Baxılıb: 1480 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner