Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şuşanın işğal günündə hərbi parad

Mayın 9-da Xankəndinə keçiriləcək hərbi paradda Ermənistan ordusunun da iştirakı gözlənilir

Mayın 9-da Xankəndinə keçiriləcək hərbi paradda Ermənistan ordusunun da iştirakı gözlənilir.

 Ermənilər mayın 9-da Şuşanın işğal edilməsinin 20 illiyii ilə bağlı hərbi parad keçirməyə hazırlaşırlar. Simsar.az erməni KİV-lərinə istinadən bildirir ki, Xankəndinin mərkəzi meydanında keçiriləcək parad qondarma “DQR-in müdafiəsinin 20 illiyi”nə həsr olunub. 

“Biz Errmənistan ordusu ilə birgə böyük hərbi parad keçirməyə hazırlaşırıq. Bu paradda müxtəlif növ silahlar və zirehli texnika nümayiş etdiriləcək”-deyə qondarma rejimin “Müdafiə Nazirliyinin” nümayəndəsi Senor Asratyan açıqlama verib. O tədbirin digər təfəruatları barədə məlumat verməyib və deyib ki, “bütün sürprizləri açmaq istəmir”.

Paradda nə qədər hərbiçinin iştirakı məsələsi də açıq qalıb. Bu suala cavab vermədən yayınan Asratyan bildirib ki, “paradda erməni xalqının bir hissəsi iştirak edəcək, bir hissəsi də müşahidə edəcək”.

Ermənistan Müdafiə Nazirliyindən bildiriblər ki, Şuşanın işğalı ilə bağlı İrəvanda heç bir parad keçirilməsi nəzərdə tutulmur. Bununla yanaşı bir sıra tədbirlərin keçiriləcəyi istisna olunmur.

Xatırladaq ki, 1992-ci mayın 9-da Şuşa şəhəri erməni hərbiçiləri tərəfindən işğal olunub. Bu il işğalın 20 ili tamam olur.






27 Mart, 2012  21:49 Baxılıb: 1080 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner