Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bələdiyyə ekspertləri Avropa səfərindən danışıblar

Azər Mehtiyevin rəhbərlik etdiyi heyət Fransa və Belçikada görüşlər keçiriblər 

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı (BİNA) bu gün Beynəlxalq Mətbuat Mərkəzində mətbuat nümayəndələri üçün Azərbaycanda yerli özünüidarənin mövcud vəziyyətinin Avropa Şurasında, Avropa Parlamentində və Avropa Komissiyasında aparılmış müzakirələrin nəticələrinə həsr olunmuş konfrans keçirib.
Simsar.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının koordinatoru Azər Mehtiyev jurnalistlərə Fransa və Belçikada keçirilmiş görüşlər barədə geniş məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda yerli özünüidarəetmənin mövcud durumunu və problemlərini müzakirə etmək, habelə Alyansın hazırladığı hesabatı təqdim etmək üçün 2012-ci il mart ayının 18-dən 24-dək Strasburqda və Brüsseldə işgüzar səfərdə olublar.

Nümayəndə heyətinin tərkibi Alyansın koordinatoru Azər Mehtiyev, ekspertlər Samir Əliyev və Orxan Əliyevdən ibarət olub.
Avropa Parlamentinin Şərq Tərəfdaşlığı, Cənubi Qafqaz və Mərkəzi Asiya Siyasəti Departamentinin siyasi məsləhətçisi Dag Souranderlə görüşdə ölkəmizdə siyasi-iqtisadi vəziyyət, neft gəlirlərinin ölkə iqtisadiyyatına və əhalinin yaşayış səviyyəsinə təsiri, yerli demokratiyanın inkişafında yerli özünüidarənin rolu müzakirə olunub.
Alyansın eksperti Samir Əliyev əlavə olaraq bildirib ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq qrupu növbəti monitorinqin aparılması üçün aprelin 2-5 tarixlərində Azərbaycana rəsmi səfər edəcəklər. Monitorinqin məqsədi Avropa Xartiyasından və Konqresin Azərbaycan hökumətinə ünvanladığı tövsiyələrdən irəli gələn öhdəlikləri ölkənin nə dərəcədə yerinə yetirdiyini, habelə ötən Monitorinqindən sonra yerli özünüidarənin inkişafı sahəsində ölkədə baş verən dəyişiklikləri ortaya çıxarmaqdır.

RUSLAN







27 Mart, 2012  20:31 Baxılıb: 985 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner