Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Turizm şirkənin meneceri koorrupsiyada ittiham olunur

Onun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Koorrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edilib

Azərbaycanda turizm fəaliyyəti ilə məşğul olan şirkətin meneceri korrupsiya cinayətində ittiham olunur.

 Simsar.az-ın Baş Prokurorluğun rəsmi saytına istinadən yaydığı məlumata görə, "Qlobal" MMC-nin marketinq və ictimaiyyətlə əlaqələr üzrə meneceri Aynurə Quliyevanın qanunsuz hərəkətləri barədə Bakı şəhər sakini Elnarə İsmayılova Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edib.

Müraciət üzrə aparılan araşdırmalarla müəyyən edilib ki, Aynurə Quliyeva Elnarə İsmayılovaya "Şengen" vizasının əldə edilməsi üçün 2200 manat tələb olunduğunu bildirərək, həmin pulun 1800 manatını sonuncudan almaqla onun adına iş yeri və bankda hesabın olması barədə saxta arayışlar tərtib edib, həmin sənədləri ölkəmizdə fəaliyyət göstərən xarici dövlətin səfirliyinə təqdim edib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.






27 Mart, 2012  20:31 Baxılıb: 1056 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner