Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Beynəlxalq Teatr günüdür

Ölkəmizdə 27 dövlət teatrı fəaliyyət göstərir

Bu gün dünyada Beynəlxalq Teatr günü qeyd olunur.

Simsar.az-ın məlumatına görə, bu qərar Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilib. Uzun və çətin tarixi yol keçmiş Azərbaycan teatrı son illər ərzində daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün ölkəmizdə 27 dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 700-dək aktyor çalışır. Ölkə prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı bu gün davamlı olaraq həyata keçirilir. Proqrama uyğun olaraq, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, Dövlət Rus Dram, Dövlət Gənc Tamaşaçılar, Dövlət Akademik Milli Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa, yenidənqurma işləri aparılıb, ölkənin digər teatrlarında bu istiqamətdə işlər davam edir.

Ötən illər ərzində respublika teatrları dünyanın 20-dən çox ölkəsində, o cümlədən, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna və İsveçrədə keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil ediblər. Eyni zamanda, xarici dövlətlərdən tanınmış sənətkarlar tamaşa hazırlamaq üçün ölkəyə dəvət olunublar.

Hər il Beynəlxalq Teatr Günü ilə bağlı respublika teatrlarında müxtəlif tədbirlər keçirilir, tamaşalar göstərilir.

Beynəlxalq teatr günü münasibəti ilə simsar.az-ın kollektivi Azərbaycandakı teatrşünasları, rejissor, ssenaris və aktyorları təbrik edir.






27 Mart, 2012  15:26 Baxılıb: 985 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner