Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AĞSU AŞIRIMI BAĞLANDI

Bakı-Şamaxı-Yevlax yolunda tıxac yaranıb

Bakı-Şamaxı-Yevlax yolunun 156-cı km-liyi, Ağsu rayonu ərazisində yol hər iki istiqamətində bağlanıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, ağır texnika ilə adıçəkilən yola bir neçə yerdə daş və torpaq tökülüb. Nəticədə adıçəkilən istiqamətdə 200-dən çox maşından ibarət tıxac yaranıb.

Sürücülər isə yolda qalmalarında yol polislərini və yol istismar idarəsinin əməkdaşlarını ittiham edirlər. Onların sözlərinə görə, yolun bağlanacağı haqqında onlara əvvəlcədən məlumat verilməli olsa da, bu edilməyib.

Yol istismar idarəsinin rəisi Muradxan Muradxanovun ANS PRESS-in bölgə müxibirinə verdiyi məlumata görə, yolun bağlanmasına səbəb Ağsu dolaylarının bir neçə yerində qeydə alınan çökmə, həmçinin Şamaxı rayonunun Muğanlı kəndindəki torplaq sürüşməsi səbəb olub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, minik avtomobilləri ilə yanaşı, sərnişin avtobusları da yolda qalıb. Bakı istiqamətində gedən sürücülər nativ yol kimi 50 km geriyə qayıtmaqla, Qaraməryəm-İsmayıllı-Muğanlı yolu, yaxud da 25 km geri qayıtmaqla Ağsu-Kürdəmir-Bakı yolundan istifadə edə bilərlər.

Yol polisləri Bakıdan çıxan sürücülərə Ağsu dolaylarına girmədən, nativ yollarla hərəkət etməyi, Bakı-Kürdəmir-Qazax, Bakı-Muğanlı-Qəbələ yolları ilə hərəkət etməyi məsləhət görür.






26 Mart, 2012  18:44 Baxılıb: 901 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner