Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nuşirəvan Məhərrəmli MTRŞ üçün əlavə hansı səlahiyyətləri istədiklərini açıqlayıb

"MTRŞ-ya bəzi verilişlərin yayımının bir neçə günlüyə dayandırılması səlahiyyəti verilməlidir"

"Televiziya və Radio Şurasına əlavə səlahiyyətlərin verilməsi ilə bağlı ölkə prezidentinə ünvanlanan müraciətə hələlik cavab verilməyib.Amma bu məsələ cəmiyyət tərəfindən də dəstəklənir”. Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, başqa ölkələrdə olduğu kimi, MTRŞ-ya bəzi verilişlərin yayımının bir neçə günlüyə dayandırılması səlahiyyəti verilməlidir: “Belə olarsa, televiziya kanalları lazımsız verilişləri bir daha yayımlamayacaq. Bu, daha çox çəkindirici xarakterdə olan əlavə səlahiyyət istəyidir”.

Rəqəmsal yayıma keçidlə bağlı prosesin davam etdiyini deyən MTRŞ sədri bildirib ki, Şura bununla bağlı əhalinin tərəfindədir: “Çalışıqrıq ki, rəqəmsal yayıma keçəndə əhalinin aztəminatlı hissəsi çox əziyyət çəkməsin. Əhalinin aztəminatlı təbəqəsinin dekoderlərlə təmin olunması ilə bağlı ölkə prezidentinə göndərdiyimiz müraciətə baxılır. Müraciət müsbət həllini taparsa, rəqəmsal yayıma keçid çox tez başa gələcək. Əks halda, bir müddət analoq yayımla rəqəmsal yayımı paralel aparmaq məcburiyyətində qalacağıq”.






23 Mart, 2012  16:51 Baxılıb: 799 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner