Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu gün Ümumdünya su günüdür

Hər il martın 22-də Ümumdünya su ehtiyatları günü, yaxud Ümumdünya su günü (World Day of Water) qeyd olunur

Bu gün BMT Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən qeyd olunmağa başlanıb.

Ümumdünya su ehtiyatları günü haqqında ilk təklif 1992-ci il iyunun 3-14 tarixləri arasında Rio-de-Janeyroda baş tutmuş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) səsləndirilib.

Bu günün keçirilməsində məqsəd su resurslarının mənimsənilməsinin hansı səviyyədə olmasının, iqtisadi və sosial rifahın səmərəliliyinin yüksəldilməsinə təsirinin müəyyən edilməsi və bu barədə maarifləndirilmənin təmin edilməsidir.

BMT Baş Assambleyasının qətnaməsinə əsasən, bu gün su ehtiyatlarının qorunmasına və mənimsənilməsinə həsr olunmuş tədbirlər keçirmək tövsiyə olunur. Bu günün qeyd olunmasına təkcə hökumətlər deyil, QHT-lər, beynəlxalq agentliklər, təhsil və mədəniyyət müəssisələri cəlb olunurlar.

2000-ci ildən etibarən, bu gün yer kürəsində su ehtiyatlarının çirklənməsi və bununla mübarizə mövzusu qaldırılır.

Yer kürəsinin 70 faizi, yəni təqribən 1,4 milyard kv.km ərazi su ilə əhatə olunub. Bunun 97,5 faizi dəniz suyu, 2,5 faizi isə içməli sudur.

İçməli suyun 35 milyon kv.km ərazini əhatə edən 24,4 milyon kv.km-i buzlaqların payına düşür. 10,7 milyon kv.km su ehtiyatı isə yer altındadır. Yer kürəsində olan çayların payına isə yalnız 0,002 milyon kv.km su, yaxud ümumi su ehtiyatlarının 0,01 faizi düşür.

İstifadəçilərin sayı artsa da, su ehtiyatlarında artım qeydə alınmır. Son 100 ildə sudan istifadə edənlərin sayı 7 dəfə artıb.

Beynəlxalq ekspertlərin proqnozlarına görə, içməli su çatışmazlığı XXI əsrin əsas problemlərindən olacaq. Proqnozlara görə, 2025-ci il üçün dünyanın 3,2 milyard əhalisi su çatışmazlığından əziyyət çəkəcək.






22 Mart, 2012  19:28 Baxılıb: 959 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner