Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dünya Su Forumuna yekun vurulub

Yer kürəsi əhalisinin içməli su ilə təminatı sahəsində təhlükəli vəziyyət yaranıb

Martın 12-dən 17-dək Fransanın Marsel şəhərində keçirilmiş 6-cı Dünya Su Forumuna yekun vurulub. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, 130-dan çox ölkədən dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin təmsil olunduğu forumda dünyada su təchizatının vəziyyəti, qlobal içməli su problemi və s. məsələlər ətrafında müzakirələr aparılıb.

Forumda bildirilib ki, Yer kürəsi əhalisinin içməli su ilə təminatı sahəsində təhlükəli vəziyyət yaranıb. Hazırda dünya əhalisinin 40 faizi içməli su çatışmazlığından əziyyət çəkir və su qıtlığı problemi getdikcə ciddiləşir.

Forumda su və sağlamlıq, su və yaşıl planet, su və ərzaq təhlükəsizlikliyi, su və energetika, su ilə bağlı təbii fəlakətlər, su və şəhərsalma, su təchizatının düzgün idarə olunması və s. mövzularda müzakirələr aparılıb, bu sahədə problemlər araşdırılıb, onların həlli yollarının əsas istiqamətləri müəyyən edilib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin istismar üzrə müavini Köçərli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Forumda keçirilən müzakirələrdə yaxından iştirak edib. K. Həsənov “Su və sanitariya” mövzusunda keçirilən dəyirmi masada çıxış edib, Azərbaycanın su ehtiyatları və içməli su təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə forum iştirakçılarını məlumatlandırıb: “2011-ci ildən şəhər, kənd və qəsəbələrinin su təchizatı və kanalizasiya sistemlərinin yaradılması və mövcud qurğuların yenidən qurulmasına başlanıb. Hazırda Azərbaycan Hökumətinin və Beynəlxalq maliyyə qurumlarının vəsaitləri hesabına 100-dən artıq layihə üzrə su təchizatı və kanalizasiya sistemlərinin tikintisi həyata keçirilir. Bakı şəhərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədi ilə 2010-cu ildə dünyada ən böyük yeraltı sugötürücü qurğulardan olan, uzunluğu 260 kilometr, məhsuldarlığı saniyədə 5 kubmetr olan şüşəlifli borulardan ibarət Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildi. Bakı şəhərinə verilən içməli suyun keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə bir neçə ay əvvəl Ceyranbatan su anbarında ən müasir standartlara cavab verən, məhsuldarlığı saniyədə 6 kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğunun tikintisinə başlanılıb”. K. Həsənov çıxışında kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində görülən işlərə də toxunub.

Qeyd edək ki, 6-cı Dünya Su Forumunun yekununda forum iştirakçıları adından bəyənnamə qəbul edilib. Bəyənnamədə içməli su təchizatının yaxşılaşdırılması və keyfiyyətli su ilə təminatla bağlı müddəalar əksini tapıb.






20 Mart, 2012  00:27 Baxılıb: 1209 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner