Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hadı Rəcəbli: "Bu qaydanı pozan mollanı oğurluq edən adama bənzədirəm"

Məktəbdən vaxtından əvvəl ayrılanların 69 faizi qızlardır

Milli Məclisdə (MM) parlamentin Sosial siyasət Komitəsi, “İrəli” İctimai Birliyi, “Save the Children” (Uşaqları Xilası) beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycanda uşaq hüquqları və uşaq iştirakçılığı” mövzusunda dinləmələr təşkil olunub.

Simsar.az-ın məlumatına görə, tədbirdə MM-in Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli, deputatlar Ceyhun Osmanlı, Musa Quliyev, İlham Məmmədov, Qənirə Paşayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Uşaq Hüquqları üzrə QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev, Azərbaycanın müxtəlif məktəblərindən olan 30-dək uşaq, bir sıra hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Hadı Rəcəbli çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. O, Azərbaycanda uşaq hüquqları ilə bağlı bir sıra qanunlar qəbul olunduğunu, hər zaman uşaqları dinləməyi hazır olduqlarını bildirib.

Tədbirdə “İrəli” İctimai Birliyi və “Save the Children” təşkilatının birlikdə ölkənin 10 müxtəlif regionunda apardığı sorğu və onların nəticələri barədə danışılıb. Sorğuda iştirak edən uşaqların 38 faizi peşə seçiminlə müstəqil qərar verə bilmədiklərini söyləyib. Nəticələrə əsasən, sorğuda iştirak edənlərin 83 faizi kitabları məktəblərdən əldə edir, yerdə qalanlar isə özləri alır.
Sorğu iştirakçılarının 39 faizi yaşıdlarının orta məktəb təhsillə erkən vidalaşdığını bildirib. Məktəbdən vaxtından qabaq ayrılanların 69 faizinin qızlar olduğu bildirilib, bu isə erkən nikahla əlaqələndirilib.
Tədbirdə iştirak edən uşaqlar erkən nikahların qarşısının alınması istiqamətində məsələ qaldırıblar. Onlar bildirib ki, rəsmi nikah sənədi alınmadan dini nikaha icazə verilməməlidir.
Hadı Rəcəbli isə deyib ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, rəsmi nikah sənədi alınmadan dini nikah kəsilməməlidir. H. Rəcəbli bu qaydanı pozan mollaların olduğunu da əlavə edib: “Bu qaydanı pozan mollanı oğurluq edən adama bənzədirəm”.

H. Rəcəbli uşaqların qaldırdığı digər məsələlərə də münasibət bildirib.

Tədbirdə iştirak edən digər şəxslər də mövzu ətrafında fikirlərini açıqlayıblar.






19 Mart, 2012  22:42 Baxılıb: 1463 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner